Təhsil 365 - Logo Mobile

“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib

7916.03.2026 - 17:25
“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən orta ümumtəhsil müəssisələrində “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihənin icrasına başlanılıb. Layihə ölkə başçısı İlham Əliyevin 27 fevral 2026-cı il tarixli “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.

Tehsil365” pilot layihənin ilkin mərhələsinə ADPU-nun baza məktəbi olan Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə start verilib. Bununla bağlı keçirilən tədbiri məktəbin direktoru Könül Təhməzova açaraq müasir dövrdə şagirdlər arasında müşahidə olunan rəqəmsal asılılıq hallarının araşdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, şagirdlərdə sağlam və balanslı rəqəmsal davranış bacarıqlarının formalaşdırılması, eləcə də XXI əsr bacarıqlarına uyğun sosial-emosional öyrənmə kompetensiyalarının inkişaf etdirilməsi bu gün təhsilin əsas prioritetlərindən biridir. Direktor rəhbərlik etdiyi təhsil ocağında layihənin uğurla həya keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Müəllimlərlə keçirilən ilk görüş zamanı şagirdlərin sosiallaşmasına yönəlmiş pedaqoji yanaşmalar, təlim prosesində rəqəmsal pedaqogika və neyropedaqogika elementlərinin tətbiqi barədə təqdimatlar təqdim olunub. Həmçinin şagirdlərin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, emosional rifahı və sosial adaptasiyası ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, pilot layihəyə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova rəhbərlik edir. Layihənin psixoloqu isə ADPU-nun Pedaqoji-psixologiya kafedrasının müəllimi Könül Xudazadədir.

Layihə çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün üç mərhələdən ibarət maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər proqramına uyğun olaraq şagirdlərdə rəqəmsal mühitdən balanslı istifadə vərdişlərinin formalaşdırılması, təhlükəsiz internet davranışı barədə maarifləndirmə, həmçinin müəllim-şagird münasibətlərində empatiya, özünüidarəetmə və effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı16.03.2026 - 19:00
DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb16.03.2026 - 18:58
Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib16.03.2026 - 18:54
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq16.03.2026 - 18:50
Məktəblərdə neçə gün dərs olmayacaq?16.03.2026 - 18:48
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib16.03.2026 - 18:44
Məktəblərdə 11 gün dərs olmayacaq16.03.2026 - 18:40
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək16.03.2026 - 18:38
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib16.03.2026 - 18:38
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb16.03.2026 - 18:34
Ali məktəblərə qəbul imtahanının II cəhdi- Bu tarixdə olacaq16.03.2026 - 18:30
Bakıda duman müşahidə olunub16.03.2026 - 18:28
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub16.03.2026 - 18:24
Psixoloq Mətanət Əliyeva: İş və şəxsi həyat balansının pozulması psixoloji problemlərə səbəb olur16.03.2026 - 18:20
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT16.03.2026 - 18:17
Külək güclənəcək - XƏBƏRDARLIQ16.03.2026 - 18:14
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 18:10
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır16.03.2026 - 18:07
Qazax məktəblisi Azərbaycan çempionu oldu16.03.2026 - 18:02
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Seyidov Əliyə həsr olunacaq16.03.2026 - 18:00
MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər16.03.2026 - 18:00
Kənd məktəbindən olimpiada finalına yüksəldilər16.03.2026 - 17:55
Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi16.03.2026 - 17:53
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib16.03.2026 - 17:52
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 17:46
STEAM'ool olimpiadasına qeydiyyat başladı16.03.2026 - 17:45
Azərbaycan xalçalarının “ikinci həyatı”16.03.2026 - 17:44
Gələn ildən imtahanların hamısı bir gündə keçirələcək ?16.03.2026 - 17:43
Dünyaşöhrətli azərbaycanlı cazmen16.03.2026 - 17:38
Virciniyada Azərbaycan dili təqaüd proqramının məzunlarına sertifikatlar verilib16.03.2026 - 17:35
Bəşəri ideallar şairi Xaqani Şirvani16.03.2026 - 17:34
Çin “Nvidia” və TSMC çiplərinə alternativ yaradır16.03.2026 - 17:33
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb16.03.2026 - 17:28
Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti16.03.2026 - 17:24
“Tibbi təhsil və fəaliyyət – Adil Qeybullanın baxışı”16.03.2026 - 17:23
BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı16.03.2026 - 17:18
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb16.03.2026 - 17:15
“Akademik yazıya müasir baxış” - təlim16.03.2026 - 17:14
Ramin Nurəliyev: Azərbaycanda informatika müəllimlərinə ciddi ehtiyac var16.03.2026 - 17:13
Polşalı alimlər Şərqşünaslıq İnstitutunun tədqiqatları barədə məlumatlandırılıb16.03.2026 - 17:08