Təhsil 365 - Logo Mobile

MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər

7716.03.2026 - 18:00
MDU və Məmmədyarovlar gələcəyin şahmat ustalarını yetişdirəcəklər

Martın13-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə ölkəmizi beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edən, Azərbaycan şahmatının inkişafına mühüm töhfələr vermiş Məmmədyarovlar Şahmat Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Tehsil365" xəbər verir ki, memorandum universitet və şahmat məktəbi arasında təhsil, elm və intellektual idmanın inkişafı istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və genişləndirilməsini nəzərdə tutur.

Memorandumun imzalanması münasibətilə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Məmmədyarovlar Şahmat Məktəbində olub. Nümayəndə heyətini məktəbin qurucuları və rəhbərləri – tanınmış şahmatçı Şəhriyar Məmmədyarov, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova qəbul ediblər. Görüş zamanı tərəflər arasında universitet–idman əməkdaşlığının genişləndirilməsi, gənclər arasında intellektual idman növlərinin təşviqi və strateji düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında universitetdə tələbələrin yalnız akademik biliklərinin deyil, eyni zamanda analitik və strateji düşünmə bacarıqlarının inkişafının vacibliyini vurğulayıb. Rektor bildirib ki, şahmat kimi intellektual idman növləri gənclərin məntiqi təfəkkürünün, qərarvermə bacarıqlarının və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır. O, MDU ilə Məmmədyarovlar Şahmat Məktəbi arasında qurulan əməkdaşlığın regionda şahmatın inkişafına və gənclərin intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Məmmədyarovlar Şahmat Məktəbinin rəhbərləri isə çıxışlarında gənclər arasında şahmatın təbliğinin əhəmiyyətindən bəhs ediblər və MDU rəhbərliyinin atdığı addımı yüksək qiymətləndiriblər. Bildirilib ki, universitet mühiti gənclərin intellektual inkişafı üçün geniş imkanlar yaradır və bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək təşəbbüslər regionda şahmatın daha da populyarlaşmasına xidmət edəcək.

Görüş zamanı tərəflər arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub. Xüsusilə Mingəçevir Dövlət Universitetinin nəzdində tələbələr və gənclər üçün şahmat klubunun yaradılması, regionda açıq şahmat oyunlarının və intellektual yarışların təşkili, peşəkar məşqçilərin iştirakı ilə ustad dərslərinin və təlimlərin keçirilməsi, məktəblilər üçün açıq şahmat günlərinin təşkil olunması, müxtəlif səviyyəli regional şahmat turnirlərinin keçirilməsi kimi təşəbbüslər diqqətə çatdırılıb.

Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə “AI Chess Research Lab” (Süni intellekt və şahmat üzrə tədqiqat laboratoriyası) yaradılması, şahmat oyunlarının süni intellekt əsaslı proqramlar vasitəsilə analizi, data əsaslı oyun strategiyalarının tədqiqi, eləcə də robotika və süni intellekt dərslərində şahmat modellərinin tətbiqi kimi innovativ istiqamətlər də əməkdaşlığın mühüm tərkib hissəsi kimi qeyd olunub.

Eyni zamanda tərəflər arasında hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində regional və ya respublika səviyyəli şahmat turnirlərinin təşkili məsələsi də xüsusi vurğulanıb.

Qeyd edək ki, imzalanan Memorandum tərəflər arasında gənclər arasında şahmatın inkişafına dəstək verilməsi, strateji düşüncə və analitik bacarıqların inkişaf etdirilməsi, eləcə də elm, təhsil və intellektual idman sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm əməkdaşlıq platforması yaradır. Eyni zamanda bu əməkdaşlıq regionda şahmatın inkişafına, gənclərin intellektual potensialının gücləndirilməsinə və universitet mühitində intellektual idman mədəniyyətinin daha da yayılmasına töhfə verməyi hədəfləyir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

​​Aprelin 5-də imtahan keçiriləcək16.03.2026 - 19:48
Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı16.03.2026 - 19:00
DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb16.03.2026 - 18:58
Məktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib16.03.2026 - 18:54
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq16.03.2026 - 18:50
Məktəblərdə neçə gün dərs olmayacaq?16.03.2026 - 18:48
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib16.03.2026 - 18:44
Məktəblərdə 11 gün dərs olmayacaq16.03.2026 - 18:40
WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib16.03.2026 - 18:38
Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək16.03.2026 - 18:38
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb16.03.2026 - 18:34
Ali məktəblərə qəbul imtahanının II cəhdi- Bu tarixdə olacaq16.03.2026 - 18:30
Bakıda duman müşahidə olunub16.03.2026 - 18:28
Elm və Təhsil Nazirliyinə 17 minə yaxın müraciət daxil olub16.03.2026 - 18:24
Psixoloq Mətanət Əliyeva: İş və şəxsi həyat balansının pozulması psixoloji problemlərə səbəb olur16.03.2026 - 18:20
I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT16.03.2026 - 18:17
Külək güclənəcək - XƏBƏRDARLIQ16.03.2026 - 18:14
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 18:10
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat aparılır16.03.2026 - 18:07
Qazax məktəblisi Azərbaycan çempionu oldu16.03.2026 - 18:02
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Seyidov Əliyə həsr olunacaq16.03.2026 - 18:00
Kənd məktəbindən olimpiada finalına yüksəldilər16.03.2026 - 17:55
Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi16.03.2026 - 17:53
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib16.03.2026 - 17:52
Billurə Hacızadə 50 illiyi münasibətilə Mətbuat Şurasında təltif olunub16.03.2026 - 17:46
STEAM'ool olimpiadasına qeydiyyat başladı16.03.2026 - 17:45
Azərbaycan xalçalarının “ikinci həyatı”16.03.2026 - 17:44
Gələn ildən imtahanların hamısı bir gündə keçirələcək ?16.03.2026 - 17:43
Dünyaşöhrətli azərbaycanlı cazmen16.03.2026 - 17:38
Virciniyada Azərbaycan dili təqaüd proqramının məzunlarına sertifikatlar verilib16.03.2026 - 17:35
Bəşəri ideallar şairi Xaqani Şirvani16.03.2026 - 17:34
Çin “Nvidia” və TSMC çiplərinə alternativ yaradır16.03.2026 - 17:33
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi yekunlaşıb16.03.2026 - 17:28
“Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihəyə start verilib16.03.2026 - 17:25
Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti16.03.2026 - 17:24
“Tibbi təhsil və fəaliyyət – Adil Qeybullanın baxışı”16.03.2026 - 17:23
BDU-da “Yenidən qurulan şəhərlər” mövzusunda “WUF modeli” simulyasiya konfransı16.03.2026 - 17:18
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb16.03.2026 - 17:15
“Akademik yazıya müasir baxış” - təlim16.03.2026 - 17:14
Ramin Nurəliyev: Azərbaycanda informatika müəllimlərinə ciddi ehtiyac var16.03.2026 - 17:13