Şagirdlərə verilən ev tapşırıqlarının həcmi uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bəzi mütəxəssislər bunun şagirdlərin inkişafına müsbət təsir etdiyini bildirsə də, digərləri həddindən artıq tapşırıqların mənfi nəticələrə səbəb ola biləcəyini qeyd edirlər.
Mövzu ilə bağlı təhsil eksperti “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, ev tapşırıqları şagirdlərin biliklərini möhkəmləndirmək üçün vacibdir: “Dərs zamanı öyrənilən məlumatların təkrar edilməsi və tətbiqi üçün ev tapşırıqları müəyyən rol oynayır.”
Lakin mütəxəssis qeyd edib ki, tapşırıqların həddindən artıq olması bəzi problemlər yarada bilər: “Çox sayda ev tapşırığı şagirdlərin yorğunluğuna, stressə və dərsə marağın azalmasına səbəb ola bilər.”
Ekspert vurğulayıb ki, əsas məsələ tapşırıqların miqdarı deyil, keyfiyyətidir: “Tapşırıqlar şagirdin düşünmə və analiz bacarıqlarını inkişaf etdirməyə yönəlməlidir.”

