Təhsil 365 - Logo Mobile

Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar

7316.03.2026 - 19:20
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar

Martın 16-da BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində media nümayəndələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub.

“Tehsil365" xəbər verir ki, məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi guşə ilə tanış olublar. Media nümayəndələri, həmçinin çeşidlənmə prosesini izləmək imkanı əldə ediblər.

Qeyd olunub ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 2012-ci ildən fəaliyyət göstərir. 1000 tonlarla tullantı bu zavodun çeşidlənməsindən sonrakı mərhələdə təkrar emala göndərilib. Son 5 ildə təkcə 29 min 500 ton karton təkrar emala yönləndirilib. Bir ton kağızın təkrar emalı 17 ağacın kəsilməsinin qarşısını alırsa, bu rəqəm 501 min ağac deməkdir. Bundan əlavə, son 5 ildə 3 min 500 ton plastik butulka çeşidlənərək təkrar emala göndərilib. Təkrar emaldan alınan məhsullar hətta xarici ölkələrə də ixrac olunur.

Bildirilib ki, hər birimiz il ərzində 360-400 kiloqram tullantı yaradırıq. Bakı şəhərində əhalinin sayını nəzərə alsaq, həmin rəqəm kifayət qədər böyükdür. Yaranan tullantıların 983 min tonu “Təmiz Şəhər” ASC-yə təhvil verilib. Rəqəmlər hər il artmaqdadır. Ümumiyyətlə, Azərbaycanda ən çox tullantıların təkrar cəlb olunduğu məhz bu məkandır. Zavodun daha yüksək keyfiyyətlə fəaliyyət göstərməsi tullantıların qutulara çeşidlənərək atılmasından asılıdır. Buna yerlərdə illik çeşidləmə deyilir. Tullantılara yanaşmanın dəyişməsində təbliğat işinin aparılmasına böyük ehtiyac olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, tullantıların içərisindən bəzən qiymətli əşyalar da tapılır ki, bu da zavodda xüsusi guşədə sərgilənir. Avtomobil nömrələri, sənədlər polisə təhvil verilir, qəpiklər isə yığılaraq sosial layihələr üçün sərf olunur.

Daha sonra media nümayəndələri Balaxanı Sənaye Parkına yollanıblar. 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkı 28.5 hektar ərazini əhatə edir. Ötən dövr ərzində Balaxanı Sənaye Parkına 57 milyon manat investisiya qoyulub. Sənaye parkına daxil olan müəssisələrin təkrar emal məqsədilə həyata keçirdiyi fəaliyyətlər nəticəsində ümumilikdə 28 rezident tərəfindən 416 milyon manat dəyərində məhsul istehsal edilib. Həmin məhsulun 40 milyon manata qədər hissəsi xarici ölkələrə ixrac olunub. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən həmin müəssisələrə dövlət tərəfindən xüsusi güzəştlər olur. Plastikdən, kağız tullantılardan, pet şüşələrdən, işlənmiş mühərrik, qida yağlarından təkrar emal olaraq yeni məhsullar alınır. Burada qeydiyyatdan keçən rezidentlər 10 il müddətinə əlavə dəyər, torpaq vergisindən, istehsal məqsədilə gətirdikləri avadanlıqlar gömrük rüsumundan azad olunur.

Bildirilib ki, tullantıların düzgün idarə olunması və dayanıqlı şəhər modelini görmək istəyiriksə, proses ardıcıl şəkildə idarə olunmalıdır.

Balaxanı Sənaye Parkında yerləşən “Çap kəsim sahəsi”ndən tullantı kənara çıxmır. Sahibi Etibar Eminov 90-cı illərdə vatman kağızlarından rəsm albomları düzəldərək satışa çıxarır, görür ki, tələbat var, işini daha da irəlilədir, kağız tullantıların təkrar emalına istiqamətlənmiş yeni bir ideya ortaya qoyur. Sıfır tullantı ilə fəaliyyət göstərəcək yeni bir müəssisə qurmağı planlayır. Həmin müəssisəyə nə kənardan tullantı gəlir, nə də oradan tullantı çıxır. Öz yaratdığı tullantını özü təkrar emal edir, başqa məhsul yaradır.

Bildirilib ki, martın 18-dən “Təmiz Şəhər” ASC çox maraqlı bir layihəyə başlayacaq. Məktəblilərin iştirakı ilə keçiriləcək “Kağız gətir, kitab apar” layihəsi çərçivəsində şagirdlərin gətirdikləri kağızlar yeni məhsullara çevriləcək.

Balaxanı Sənaye Parkının plastik tullantıların təkrar emalı ilə məşğul olan hissəsində isə plastik tullantılar xırda qranullar şəklinə salınır və xüsusi avadanlıq vasitəsilə 25-30 saniyəyə məhsul ortaya çıxır. Vurğulanıb ki, plastikdən istifadədən narahat olmamaq, onun düzgün istifadəsi üçün təyinatı olan yerə yönləndirmək lazımdır.

Jurnalistlər Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar. Qeyd olunub ki, Şərqi Avropa MDB məkanında ən müasir zavod olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 4G smart texnologiyası əsasında fəaliyyət göstərir. İl ərzində 500 min ton tullantını yandıraraq zərərsizləşdirmək gücündə olan zavoddan 200 milyon kilovat saat elektrik enerjisi əldə olunur. Bu da 110 min ev təsərrüfatı və Gəncə böyüklüyündə şəhərin elektrik enerjisi ilə təminatı deməkdir. Zavodun əsas məqsədi fəaliyyət göstərdiyi şəhərlərdə, meqapolislərdə əmələ gələn məişət tullantılarının həcmini 10 dəfələrlə azaltmaqdır. Ötən il “Təmiz Şəhər” ASC-yə 983 min ton məişət tullantısı gətirilibsə, onun 515 min tonu məhz bu zavodda termik üsulla, yandırma üsulu ilə zərərsizləşdirilib. Zavod Bakı şəhəri üçün ağciyər funksiyasını yerinə yetirir. Yeddi gün 24 saat fasiləsiz fəaliyyət göstərir və üçnövbəli iş rejimində işləyir. Sutka ərzində Təmiz Şəhər ASC-yə 3 min ton məişət tullantısı təhvil verilirsə, onun 1680 tonu həmin zavodda qəbul edilib zərərsizləşdirilir. Tulllantıların yandırılması nəticəsində sutka ərzində 38 meqavat/saat elektrik enerjisi istehsal edilir. Zavodda sutka ərzində istehsal olunan elektrik enerjisinin 15 faizə qədəri daxili ehtiyaclar üçün istifadə olunur. Hazırda zavod özünün istehsal etdiyi elektrik enerjisi hesabına fəaliyyət göstərir. Qalan 85 faiz elektrik enerjisi isə dövlət enerji şəbəkəsinə ötürülür. Zavoda tullantılar gələn kimi dərhal yandırılmır. Qəbul edilir bunkerin içərisində qarışdırılır, yanma kamerasına göndərilməsi üçün hazırlanır. Zavod iki texnoloji xətdən ibarətdir. Hər texnoloji xəttin də emal gücü 250 milyon tondur. Tullantılar yandırılan zaman əmələ gələn tüstü, zəhərli qazlar zavodun tərkibində quraşdırılmış xüsusi reaktora daxil olur. Reaktorun içində müxtəlif mərhələlər şəklində onun tərkibində olan ağır metallar, ətraf mühit üçün zərərli qazlar absorbasiya edilir. Bunun üçün isə xüsusi kimyəvi reagentlərdən istifadə olunur. Sonda yandırılan tullantı nəticəsində 2 növ kül ayrılır. Birinci külün adı dib külüdür. Hansı ki toksik deyil, əksinə tərkibində daş, şüşə, metal və digər yanmayan fraksiyalar olur. O, emal edildikdən sonra alternativ inşaat materialı kimi geniş istifadə oluna bilər. Tullantıların yandırılması nəticəsində ayrılan külün 24 faizini dib külü təşkil edir. Tullantıların yandırılması zamanı əmələ gələn zəhərli qazları xüsusi reaktorlar vasitəsilə müxtəlif mərhələlərdə neytrallaşdırıb külə çeviririk. Nəticə etibarilə sutka əzində yandırılan tullantının 3.9 faizini zəhərli küllər təşkil edir. Onlar təhlükəli tullantılar poliqonuna verilir. Ümumilikdə zavodda qarışıq bərk məişət tullantıları yandırılır.

Mediatur WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı Şəhər İcra Hakimiyyəti “Kommunal Xidmətlər Müəssisəsi” MMC nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. Tədbir çərçivəsində WUF13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və “Təmiz Şəhər” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu WUF13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir.

Mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları davam etdirilir

Nərmin Mustafayeva

Xəbər Lenti

Lənkəranda "NovruzFest II" coşqusu18.03.2026 - 17:48
Səməni halvası, “Yallı” və bayram tonqalı - Cəbrayılda möhtəşəm Novruz şənliyi18.03.2026 - 17:43
Emin Əmrullayev təhsil idarəçiliyi və liderlik üzrə təcrübəsini bölüşüb18.03.2026 - 17:40
Akademik: Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət elmin və təhsilin inkişafına geniş imkanlar açır18.03.2026 - 17:39
“Qanunu bil, həyatı asanlaşdır” – Maarifləndirmə tədbirləri davam edir18.03.2026 - 17:34
İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb18.03.2026 - 17:29
İncəsənət üzrə yeni dərsliklər hazırlanacaq18.03.2026 - 17:25
Azercell” Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib18.03.2026 - 17:24
Bu şagirdlər ali məktəblərə imtahansız qəbul ediləcəklər – Yenilik18.03.2026 - 17:20
DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur18.03.2026 - 17:18
Səməd Vurğun: XX əsr Azərbaycan poeziyasının görkəmli siması18.03.2026 - 17:14
Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib18.03.2026 - 17:10
Şagirdlərin Novruz ənənələrinə bağlılığı 225 nömrəli məktəbdəki şənlikdə bir daha əks olunub18.03.2026 - 17:08
RFO-da rəqabət güclənir: liderlik riyaziyyat və informatika üzrədir18.03.2026 - 17:05
Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir18.03.2026 - 17:04
“Parla” təqaüd proqramına yeni qoşulan tələbə qızlarla görüş keçirilib18.03.2026 - 17:00
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 16:55
Keçmişdən gələcəyə uzanan dəyərlər – Məktəblilər peşəkar səhnədə18.03.2026 - 16:50
"Uşaqlarda diqqət və sosyallaşma baxımından onlayn və üz-üzə təhsil fərqlənir" - Psixoloq Aygül Məlikova18.03.2026 - 15:39
Tailandda təqaüdlə təhsil imkanı18.03.2026 - 15:00
Geomaqnit hava proqnozu açıqlanıb18.03.2026 - 14:46
Budapeştdə Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib18.03.2026 - 14:36
Möminə xatun türbəsi: Dövlət siyasətinin mədəni irsin qorunmasına növbəti töhfəsi18.03.2026 - 14:25
Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb18.03.2026 - 14:05
Gənclər Kitabxanasından Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə18.03.2026 - 13:56
Televiziya aparıcıları tərəfindən xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunur18.03.2026 - 13:46
Novruz - Türk dünyasının birlik və qardaşlıq bayramıdır .18.03.2026 - 13:31
Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm18.03.2026 - 13:21
Latviyada Novruz bayramı qeyd olunub18.03.2026 - 13:12
Fəlsəfə doktoru: Novruz bəşəriyyətin ən qədim mərasimlərindən biri hesab olunur18.03.2026 - 13:01
Mart soyqırımı ilə bağlı faktların araşdırılması və arxiv sənədlərinin üzə çıxarılması bu gün də aktualdır18.03.2026 - 12:51
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 12:41
Azərbaycanın elmi və mədəni irsi Londonda təqdim olunub18.03.2026 - 12:31
AzTU-da yeni akademik idarəetmə modeli tətbiq edilib18.03.2026 - 12:21
Söz səfərinin sarvanları” - XX əsr Azərbaycan ədəbiyyatına yeni baxış18.03.2026 - 12:10
5 incəsənət məktəbi istifadəyə veriləcək18.03.2026 - 10:33
Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir18.03.2026 - 10:21
Xəzər dənizində zəlzələ olub18.03.2026 - 10:10
"Düzgün hazırlıq imtahan stressini minimuma endirir” - AÇIQLAMA18.03.2026 - 09:56
“Məktəbdə şeir öyrənmək uşaqların inkişafına necə təsir edir?” - MÜSAHİBƏ18.03.2026 - 09:45
Uşaqlarda stres ömürlük həzm problemlərinə səbəb ola bilər18.03.2026 - 09:35
5-ci siniflər üçün minlərlə dərslik çap olunacaq - FƏNLƏR18.03.2026 - 09:27
Nazir Aqrar Biznes Festivalında iştirak edib18.03.2026 - 09:20
Azərbaycan diasporunun İzmirdəki nümayəndələri Torpaq çərşənbəsini birlikdə qeyd ediblər18.03.2026 - 09:12
Laçında Novruz yarmarkası açılıb18.03.2026 - 09:06
“Həddindən artıq düşünmək psixoloji yorğunluğa səbəb olur” - Aysel Məmmədova 18.03.2026 - 09:00
Tacikistanda Novruz bayramı münasibətilə mədəni tədbirlər keçiriləcək18.03.2026 - 08:55
BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı başa çatıb18.03.2026 - 08:48