Təhsil 365 - Logo Mobile

Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar

7616.03.2026 - 19:20
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar

Martın 16-da BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində media nümayəndələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Turun məqsədi media nümayəndələrini Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalar, təkrar emal prosesləri və dayanıqlı şəhər idarəetmə təcrübələri ilə yaxından tanış etmək olub.

“Tehsil365" xəbər verir ki, məlumatlandırma turu çərçivəsində iştirakçılar əvvəlcə “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub, tullantıların çeşidlənməsi prosesi və tullantılar arasında tapılmış qiymətli əşyaların sərgiləndiyi guşə ilə tanış olublar. Media nümayəndələri, həmçinin çeşidlənmə prosesini izləmək imkanı əldə ediblər.

Qeyd olunub ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 2012-ci ildən fəaliyyət göstərir. 1000 tonlarla tullantı bu zavodun çeşidlənməsindən sonrakı mərhələdə təkrar emala göndərilib. Son 5 ildə təkcə 29 min 500 ton karton təkrar emala yönləndirilib. Bir ton kağızın təkrar emalı 17 ağacın kəsilməsinin qarşısını alırsa, bu rəqəm 501 min ağac deməkdir. Bundan əlavə, son 5 ildə 3 min 500 ton plastik butulka çeşidlənərək təkrar emala göndərilib. Təkrar emaldan alınan məhsullar hətta xarici ölkələrə də ixrac olunur.

Bildirilib ki, hər birimiz il ərzində 360-400 kiloqram tullantı yaradırıq. Bakı şəhərində əhalinin sayını nəzərə alsaq, həmin rəqəm kifayət qədər böyükdür. Yaranan tullantıların 983 min tonu “Təmiz Şəhər” ASC-yə təhvil verilib. Rəqəmlər hər il artmaqdadır. Ümumiyyətlə, Azərbaycanda ən çox tullantıların təkrar cəlb olunduğu məhz bu məkandır. Zavodun daha yüksək keyfiyyətlə fəaliyyət göstərməsi tullantıların qutulara çeşidlənərək atılmasından asılıdır. Buna yerlərdə illik çeşidləmə deyilir. Tullantılara yanaşmanın dəyişməsində təbliğat işinin aparılmasına böyük ehtiyac olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, tullantıların içərisindən bəzən qiymətli əşyalar da tapılır ki, bu da zavodda xüsusi guşədə sərgilənir. Avtomobil nömrələri, sənədlər polisə təhvil verilir, qəpiklər isə yığılaraq sosial layihələr üçün sərf olunur.

Daha sonra media nümayəndələri Balaxanı Sənaye Parkına yollanıblar. 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkı 28.5 hektar ərazini əhatə edir. Ötən dövr ərzində Balaxanı Sənaye Parkına 57 milyon manat investisiya qoyulub. Sənaye parkına daxil olan müəssisələrin təkrar emal məqsədilə həyata keçirdiyi fəaliyyətlər nəticəsində ümumilikdə 28 rezident tərəfindən 416 milyon manat dəyərində məhsul istehsal edilib. Həmin məhsulun 40 milyon manata qədər hissəsi xarici ölkələrə ixrac olunub. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən həmin müəssisələrə dövlət tərəfindən xüsusi güzəştlər olur. Plastikdən, kağız tullantılardan, pet şüşələrdən, işlənmiş mühərrik, qida yağlarından təkrar emal olaraq yeni məhsullar alınır. Burada qeydiyyatdan keçən rezidentlər 10 il müddətinə əlavə dəyər, torpaq vergisindən, istehsal məqsədilə gətirdikləri avadanlıqlar gömrük rüsumundan azad olunur.

Bildirilib ki, tullantıların düzgün idarə olunması və dayanıqlı şəhər modelini görmək istəyiriksə, proses ardıcıl şəkildə idarə olunmalıdır.

Balaxanı Sənaye Parkında yerləşən “Çap kəsim sahəsi”ndən tullantı kənara çıxmır. Sahibi Etibar Eminov 90-cı illərdə vatman kağızlarından rəsm albomları düzəldərək satışa çıxarır, görür ki, tələbat var, işini daha da irəlilədir, kağız tullantıların təkrar emalına istiqamətlənmiş yeni bir ideya ortaya qoyur. Sıfır tullantı ilə fəaliyyət göstərəcək yeni bir müəssisə qurmağı planlayır. Həmin müəssisəyə nə kənardan tullantı gəlir, nə də oradan tullantı çıxır. Öz yaratdığı tullantını özü təkrar emal edir, başqa məhsul yaradır.

Bildirilib ki, martın 18-dən “Təmiz Şəhər” ASC çox maraqlı bir layihəyə başlayacaq. Məktəblilərin iştirakı ilə keçiriləcək “Kağız gətir, kitab apar” layihəsi çərçivəsində şagirdlərin gətirdikləri kağızlar yeni məhsullara çevriləcək.

Balaxanı Sənaye Parkının plastik tullantıların təkrar emalı ilə məşğul olan hissəsində isə plastik tullantılar xırda qranullar şəklinə salınır və xüsusi avadanlıq vasitəsilə 25-30 saniyəyə məhsul ortaya çıxır. Vurğulanıb ki, plastikdən istifadədən narahat olmamaq, onun düzgün istifadəsi üçün təyinatı olan yerə yönləndirmək lazımdır.

Jurnalistlər Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edərək təkrar emal və tullantıların yandırılması nəticəsində elektrik enerjisinin istehsalı prosesi ilə tanış olublar. Qeyd olunub ki, Şərqi Avropa MDB məkanında ən müasir zavod olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 4G smart texnologiyası əsasında fəaliyyət göstərir. İl ərzində 500 min ton tullantını yandıraraq zərərsizləşdirmək gücündə olan zavoddan 200 milyon kilovat saat elektrik enerjisi əldə olunur. Bu da 110 min ev təsərrüfatı və Gəncə böyüklüyündə şəhərin elektrik enerjisi ilə təminatı deməkdir. Zavodun əsas məqsədi fəaliyyət göstərdiyi şəhərlərdə, meqapolislərdə əmələ gələn məişət tullantılarının həcmini 10 dəfələrlə azaltmaqdır. Ötən il “Təmiz Şəhər” ASC-yə 983 min ton məişət tullantısı gətirilibsə, onun 515 min tonu məhz bu zavodda termik üsulla, yandırma üsulu ilə zərərsizləşdirilib. Zavod Bakı şəhəri üçün ağciyər funksiyasını yerinə yetirir. Yeddi gün 24 saat fasiləsiz fəaliyyət göstərir və üçnövbəli iş rejimində işləyir. Sutka ərzində Təmiz Şəhər ASC-yə 3 min ton məişət tullantısı təhvil verilirsə, onun 1680 tonu həmin zavodda qəbul edilib zərərsizləşdirilir. Tulllantıların yandırılması nəticəsində sutka ərzində 38 meqavat/saat elektrik enerjisi istehsal edilir. Zavodda sutka ərzində istehsal olunan elektrik enerjisinin 15 faizə qədəri daxili ehtiyaclar üçün istifadə olunur. Hazırda zavod özünün istehsal etdiyi elektrik enerjisi hesabına fəaliyyət göstərir. Qalan 85 faiz elektrik enerjisi isə dövlət enerji şəbəkəsinə ötürülür. Zavoda tullantılar gələn kimi dərhal yandırılmır. Qəbul edilir bunkerin içərisində qarışdırılır, yanma kamerasına göndərilməsi üçün hazırlanır. Zavod iki texnoloji xətdən ibarətdir. Hər texnoloji xəttin də emal gücü 250 milyon tondur. Tullantılar yandırılan zaman əmələ gələn tüstü, zəhərli qazlar zavodun tərkibində quraşdırılmış xüsusi reaktora daxil olur. Reaktorun içində müxtəlif mərhələlər şəklində onun tərkibində olan ağır metallar, ətraf mühit üçün zərərli qazlar absorbasiya edilir. Bunun üçün isə xüsusi kimyəvi reagentlərdən istifadə olunur. Sonda yandırılan tullantı nəticəsində 2 növ kül ayrılır. Birinci külün adı dib külüdür. Hansı ki toksik deyil, əksinə tərkibində daş, şüşə, metal və digər yanmayan fraksiyalar olur. O, emal edildikdən sonra alternativ inşaat materialı kimi geniş istifadə oluna bilər. Tullantıların yandırılması nəticəsində ayrılan külün 24 faizini dib külü təşkil edir. Tullantıların yandırılması zamanı əmələ gələn zəhərli qazları xüsusi reaktorlar vasitəsilə müxtəlif mərhələlərdə neytrallaşdırıb külə çeviririk. Nəticə etibarilə sutka əzində yandırılan tullantının 3.9 faizini zəhərli küllər təşkil edir. Onlar təhlükəli tullantılar poliqonuna verilir. Ümumilikdə zavodda qarışıq bərk məişət tullantıları yandırılır.

Mediatur WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı Şəhər İcra Hakimiyyəti “Kommunal Xidmətlər Müəssisəsi” MMC nümayəndələrinin müşayiəti ilə həyata keçirilib. Tədbir çərçivəsində WUF13 zamanı tullantıların idarə olunması ilə bağlı görülən işlər barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və “Təmiz Şəhər” ASC arasında imzalanmış əməkdaşlıq memorandumu WUF13 tədbirinin dayanıqlı şəkildə keçirilməsinə, karbon emissiyasının azaldılmasına, tullantıların minimuma endirilməsinə və təkrar emal göstəricilərinin artırılmasına, həmçinin resurs səmərəliliyi və dairəvi iqtisadiyyatın təşviqinə strateji töhfə verir.

Mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları davam etdirilir

Nərmin Mustafayeva

Xəbər Lenti

Ötən ay 200 mindən çox şəxs müxtəlif imtahanlarda iştirak edib02.05.2026 - 19:54
Təhsil işçilərinin rifahı bizim üçün prioritetdir - Araz Paşayev02.05.2026 - 19:45
Sertifikasiya imtahanı BAŞLADI02.05.2026 - 19:36
Direktorların işə qəbul nəticələri açıqlanıb02.05.2026 - 19:28
Güclü külək olacaq02.05.2026 - 19:18
Prezidentin ailə üzvləri Buta İncəsənət Məktəbində 02.05.2026 - 19:14
Birinci sinifdən "digər dildə" təhsil almaq istəyənlər...02.05.2026 - 19:00
Qazaxıstanda süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edilib02.05.2026 - 18:56
Araz Paşayev: Apreldə 516 təhsil işçisi sanatoriyalara, 1000-dən çoxu turlara cəlb olunub02.05.2026 - 18:55
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər” - Naxçıvanda sertifikasiya02.05.2026 - 18:50
İctimai proseslərdə medianın roluna həsr olunan panel müzakirə keçirilib02.05.2026 - 18:48
Özbəkistanda keçirilən beynəlxalq folklor festivalında Azərbaycan da təmsil olunub02.05.2026 - 18:40
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb02.05.2026 - 18:36
İsveçdə Azərbaycan poeziyasından nümunələr səsləndirilib02.05.2026 - 18:30
WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur02.05.2026 - 18:28
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu02.05.2026 - 18:20
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib02.05.2026 - 18:16
Uşaqlıqda valideyn diqqətindən kənarda qalanların yaşadığı problemlər - Psixoloqlar açıqladı02.05.2026 - 18:10
Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir02.05.2026 - 18:08
"Vəfatından sonra gördüm ki, tarının simi qırılıb”02.05.2026 - 18:05
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq02.05.2026 - 18:00
Yutub istifadəçilərinə sevindirici xəbər02.05.2026 - 18:00
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq festivalda təmsil olunub02.05.2026 - 17:56
Bəzi məşhur oyuncaqların zəkaya mənfi təsiri açıqlanıb02.05.2026 - 17:55
Süni intellekt sizin sirlərinizdən öyrənir - yeni sxem necə işləyir?02.05.2026 - 17:55
Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası keçirilib02.05.2026 - 17:50
Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb02.05.2026 - 17:46
Nəzarətdən çıxan süni intellekt şirkətin bütün məlumat bazasını sildi02.05.2026 - 17:45
Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub02.05.2026 - 17:45
“Bubble Tea” təhlükəsi: məşhur içki boğulmaya səbəb ola bilər02.05.2026 - 17:40
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?02.05.2026 - 17:36
Bakıda "Study in Kazakhstan" təhsil sərgisi açılıb02.05.2026 - 17:35
ATU-ya yeni prorektor təyin edildi02.05.2026 - 17:35
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq02.05.2026 - 17:30
Bakıda “Azərbaycan təbiətinin izi ilə” adlı sərgi keçirilir02.05.2026 - 17:28
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?02.05.2026 - 17:25
Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub02.05.2026 - 17:16
Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar02.05.2026 - 17:15
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib02.05.2026 - 17:06
Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırma02.05.2026 - 17:05
Son 100 ildə insan kəlləsinin forması kəskin dəyişib02.05.2026 - 17:00
Gündə nə qədər makaron yemək olar?02.05.2026 - 16:55
Bakıda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir 02.05.2026 - 16:45
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub 02.05.2026 - 16:35
Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb02.05.2026 - 16:25
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib02.05.2026 - 16:15
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır02.05.2026 - 16:05
Gənc tədqiqatçının məqaləsi Q1 kateqoriyalı nüfuzlu jurnalda dərc olunub02.05.2026 - 15:59