Təhsil 365 - Logo Mobile

Sumqayıtda sosial iş sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTOLAR

14017.03.2026 - 07:11
Sumqayıtda sosial iş sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTOLAR

Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində sosial iş sahəsinə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.

"Tehsil365" xəbər verir ki, tədbir Sumqayıt Dövlət Texniki Kollecinin ingilis dili müəllimi Aygül Kərimovanın təşəbbüsü ilə baş tutub. Proqram çərçivəsində Aygül Kərimova və Rüfət İbrahimova məxsus sosial iş sahəsinə aid “Social work” adlı dərsliyin təqdimatı keçirilib, eyni zamanda sosial işçilərin peşə bayramı qeyd olunub. Çıxışlarda bu ixtisasın cəmiyyət üçün əhəmiyyəti geniş şəkildə izah edilib.

Tədbirin ssenarisi məhz sözügedən dərslik əsasında hazırlanıb ki, bu da proqramın həm elmi, həm də maarifləndirici məzmununa müsbət təsir göstərib.

Proqramda kollecin sosial iş ixtisası üzrə təhsil alan 713-9-24 qrupunun tələbələri fəal iştirak ediblər. Tələbələr sosial işin yalnız peşə deyil, həm də elmi istiqamət olduğunu vurğulayaraq, bu sahənin cəmiyyətin həssas qrupları ilə işləməkdə mühüm rol oynadığını bildiriblər. Onlar sosial işin humanizm, sosial ədalət və insan hüquqları prinsiplərinə əsaslandığını xüsusi qeyd ediblər.

Tədbirin maraqlı hissələrindən biri tələbələrin müəllimləri Aygül Kərimovanın rəhbərliyi ilə hazırladıqları səhnəcik olub. Səhnəcikdə sosial işçi ilə psixoloqun yanaşma fərqləri nümayiş etdirilib. Tamaşa zamanı psixoloqun fərdin psixoloji vəziyyətinə fokuslandığı, sosial işçinin isə problemin sosial mühit, ailə və cəmiyyət aspektlərini də nəzərə aldığı vurğulanıb.

Bundan əlavə, tədbirdə müasir texnologiyaların tətbiqi də diqqət çəkib. Tələbələr süni intellekt vasitəsilə hazırlanmış musiqi və rəqs təqdim edərək yaradıcılıq və innovasiyanı bir araya gətiriblər.

Tədbirin yüksək səviyyədə təşkili müəllim heyətinin əməyi ilə mümkün olub. Proqramın bütün detalları diqqətlə planlaşdırılıb.

Tədbirdə kollecin direktoru Əsəd Qurbanov, şöbə müdiri Samiddin Qasımov və digər müəllimlər iştirak ediblər. Qonaqlar arasında yer alan psixoloq-jurnalist Fəridə Musəvi çıxış edərək sosial iş sahəsinin əhəmiyyətindən danışıb, tələbələrin hazırladığı proqramı yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






Aydan Ələkbərova

Xəbər Lenti

Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər02.11.2026 - 14:28
Kollecdə yeni kitabxana istifadəyə verilib02.11.2026 - 14:26
DİM-in elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq02.11.2026 - 14:24
17 yaşlı Azərbaycan çempionu vəfat edib02.11.2026 - 14:16
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək02.11.2026 - 14:14
Noyabrda 11 gün iş olmayacaq02.11.2026 - 13:04
80,5 milyon manatlıq TTK vəsaiti - Təhsil pillələri üzrə bölgü02.11.2026 - 13:02
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?02.11.2026 - 13:00
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək02.11.2026 - 12:57
Sabah 24 dərəcə isti olacaq02.11.2026 - 12:56
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq02.11.2026 - 12:49
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək02.11.2026 - 12:48
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq02.11.2026 - 12:46
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir02.11.2026 - 12:44
“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb02.11.2026 - 12:42
“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq02.11.2026 - 12:39
Azərbaycan basketbol millisi Serbiyaya yollanır02.11.2026 - 12:36
Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir02.11.2026 - 12:33
AzMİU məzunları təcrübələrini tələbələrlə bölüşüblər02.11.2026 - 12:28
"Facebook"un Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb02.11.2026 - 12:22
Azərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər02.11.2026 - 12:15
Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub02.11.2026 - 11:45
Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib02.11.2026 - 11:32
"İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib02.11.2026 - 11:30
Şeyxülislam: Qazılıqların fəaliyyətini məcburi dayandırması deportasiyaların acı nəticəsi idi02.11.2026 - 11:28
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb02.11.2026 - 11:25
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirilib02.11.2026 - 11:23
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR02.11.2026 - 11:20
Məktəb psixoloqları üçün dərs saatlarının ayrılması təklif olunur02.11.2026 - 11:15
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb02.11.2026 - 11:10
Dərsə gəlməyənlər attestat almayacaq, növbəti sinifə keçməyəcək02.11.2026 - 11:05
Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?02.11.2026 - 11:00
“Yaxşı əsər gec-tez öz naşirini və oxucusunu tapır“—İradə Aytel02.11.2026 - 10:48
Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar02.11.2026 - 09:35
Hindistan səfirliyində sərgi keçirilib02.11.2026 - 09:33
"Rəqəmsal Media Ayı" keçiriləcək02.11.2026 - 09:11
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 09:08
Azərbaycanda Leonid meteor yağışı görünəcək 02.11.2026 - 09:06
Sabahın hava proqnozu açıqlanıb 02.11.2026 - 09:03
Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub02.11.2026 - 08:45
Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi02.11.2026 - 08:40
Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq02.11.2026 - 08:36
Qarabağda “Zəfər” konfransı keçirilib02.11.2026 - 08:31
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb02.11.2026 - 08:22
Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası səsləndiriləcək02.11.2026 - 08:20
Noyabrın 4-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 08:17
“Çin, mənim arzum” kitabının imza günü olub02.11.2026 - 08:09
Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb02.11.2026 - 08:05