1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay repressiyalara, sovet siyasətinə və dil maneələrinə baxmayaraq, ötən 100 il ərzində ideyalarını qoruyub.
“Tehsil365" xəbər verir ki, bu fikri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfransdakı çıxışı zamanı söyləyib.
Hikmət Quliyev qeyd edib ki, bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyi qeyd olunur və qurultayın ideyalarının gücləndirilməsi vacibdir. O, Türk Dövlətləri Təşkilatı və UNESCO-nun dəstəyi ilə türk folklorunun sistemli öyrənilməsi və qorunmasının prioritet olduğunu vurğulayıb. Novruz kimi ümumtürk bayramlarının elmi tədqiqi türk folklorunun sistemli öyrənilməsi və qorunması işinin əsas istiqamətlərindən biridir.

