Təhsil 365 - Logo Mobile

KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ

9217.03.2026 - 11:58
  KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ

Kərki - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 

 Kərkinin özünəməxsus Novruz adətlərindən bəhs edəcəm.

 Maraqlı adətlərdən biri – kəndlilər ağaclara qırmızı lent bağlayırmışlar, bu bol ruzinin olacağına inamdır. Hamıya təzə paltar alınar, evlər təmizlənər, “Sarıqaya”nın altındakı bulaqda paltar və çayda xalça yuyarmışlar. Həm müqəddəs yer sayılan Telli Tejgarda, həm də hər kəs öz həyətində tonqallar qalayırmışlar. Əsasən uşaqlar ağacın budağına pambıq bükərək lopa düzəldirmişlər. Bu lopaya şam da deyirmişlər. Bütün kənd gecə məscidə ziyarətə gedəndə bu lopaları da məscidə yandırıb taxardı. Nişanlı qızlara xonça aparardılar. Kənddə hamı bayramçalığa gedər, bir-birinə hədiyyə alardı. Qapı pusmaq adəti də var idi. İlaxır çərşənbədə isə səhər üzü kənddən keçən çaya hamı gedərək niyyət edər, oradan su gətirib evə səpirdi. Bayramda isə camaat bir-birini suluyardı, kimisə aldadıb evdən çıxararaq damdan başına su tökərdilər. Hamı dünyasını dəyişmiş əzizlərinin adına halva bişirirdi, həmin gün kişilər qəbirüstünə ziyarətə gedirdi, qadınlar isə başqa gün gedirdi və orada bir-birinə adətə uyğun olaraq gətirdiyi şirnilərdən pay verirdi. Kimin evində hüzür varsa, ilk olaraq həmin ev ziyarət olunub bayram hazırlığı edilirdi.

 Bütün evlərdə bayramda ləzzətli yeməklərlə gözəl süfrə açılardı. Naxçıvanın özünə məxsus olan “ Çöçə” və “Qovurma” bişirilərdi. İrəvan kətəsi, paxlava, şəkərbura, qoğal və digər şirniyyatlar hazırlanırdı. Təndirə Fətir və Çıppa yapılardı, Fətirin balacasına Qliy deyilirdi, uşaqlar üçün bişirilirdi. Səməni təkcə buğdadan yox, qarğıdalıdan da cücərdilirdi. Uşaqlar üçün sacda qarğıdalı, noxud, buğdadan və s. qovurğa hazırlanırdı. Yumurtanı soğan qabığını qaynadaraq boyayardılar və döyüşdürərdilər, qalib gələn bütün yumurtaları götürərdi. Bayram payı yığmaq üçün uşaqlar qapılara papaq deyil, yaylıq atırdı. Evlərdə “Əyirdək” adlı şirniyyat hazırlanırdı. Hinduşqa sovuzu, kələm və yarpaq dolması, digər bölgələrdən fərqli olaraq Aşqara noxud ləpəsiylə və Şorbulaq ətrafından yığılan unluca, xatınbarmağı, yarpızdan qatıq aşı və noxudlu aş bişirilirdi. Hamı öz bişirdiyindən bir-birinə pay aparırdı. Cöngə kəsilirdi, hər kəs mütləq kəsilən cöngənin ətindən almalı idi.

 Bu maraqlı və fərqli adətlər Novruz bayramının özündə daşıdığı tarixilikdən xəbər verir.

Osman Azadoğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Aydan Ələkbərova

Xəbər Lenti

Kosmosda həyat axtarışı: 69 potensial planet tapıldı24.03.2026 - 07:37
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb24.03.2026 - 07:25
Bu gün hava necə olacaq? - PROQNOZ24.03.2026 - 07:13
Buraxılış imtahanında qələm qalmaqalı: nəticələr ləğv oluna bilər?24.03.2026 - 07:10
Bakıda küçələrin elektriklə işıqlandırılmasına başlanmasının ildönümü qeyd olunur24.03.2026 - 07:00
Novruz bayramı Böyük Britaniyada qeyd olunub24.03.2026 - 06:36
ATƏT Minsk qrupunun yaradılmasının ildönümü qeyd olunur24.03.2026 - 06:18
Məmməd Səid Ordubadinin doğum günü qeyd olunur24.03.2026 - 06:00
Azərbaycan–Finlandiya diplomatik əlaqələrinin qurulmasının ildönümü qeyd olunur24.03.2026 - 05:42
Bağanis-Ayrım qətliamının ildönümü anılır24.03.2026 - 05:18
Naiq Yusifovın xatirəsi anılır24.03.2026 - 05:06
Pəncəli Teymurovın xatirəsi anılır24.03.2026 - 04:54
Qənirə Paşayevaın xatirəsi anılır24.03.2026 - 04:36
Həsənağa Turabovın xatirəsi anılır24.03.2026 - 04:18
Almas İldırım Mühacirətdə Doğan Azadlıq Səsi24.03.2026 - 04:00
Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari23.03.2026 - 19:54
Sabah Azərbaycanda 23 dərəcə isti olacaq23.03.2026 - 19:44
Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi23.03.2026 - 19:36
Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib23.03.2026 - 19:30
“Erkən yaşda telefon və planşet istifadəsi uşağın inkişafına necə təsir edir?” – Məktəbəqədər təhsil eksperti açıqladı23.03.2026 - 19:22
Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır23.03.2026 - 19:15
İranda hücumların acı nəticələri: 210 uşaq həyatını itirib, 1510-u yaralanıb23.03.2026 - 19:08
Şagirdlər 17 gün də evdə olacaq - SƏBƏB23.03.2026 - 19:04
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir23.03.2026 - 19:00
Sosial şəbəkələr və texnologiya tələbələrin diqqətinə və dərsə marağına necə təsir edir? 23.03.2026 - 18:56
Rusiyada bu müəllİflərin kitablarına xüsusi etiket vurulacaq23.03.2026 - 18:55
Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar23.03.2026 - 18:51
Azərbaycanda ən dəqiq vaxt buradadır23.03.2026 - 18:50
Sabah hava necə olacaq?23.03.2026 - 18:46
Leyla Əliyevanın himayəsi ilə “FotoBax” adlı milli foto-müsabiqəyə start verilir23.03.2026 - 18:45
Uzun mətnlər yazanlarda bu xəstəlik ola bilər23.03.2026 - 18:41
Bu ölkədə “ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 18:40
Ştutqartdakı Azərbaycan Evində Novruz şənliyi23.03.2026 - 18:36
Yatmazdan əvvəl idman zərərlidir23.03.2026 - 18:35
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar23.03.2026 - 18:31
Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma23.03.2026 - 18:30
İranlılardan alınan 550 saat23.03.2026 - 18:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq23.03.2026 - 18:23
Dünyanın ən xoşbəxt ölkələri23.03.2026 - 18:20
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ23.03.2026 - 18:18
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU-da23.03.2026 - 18:14
Süni intellekt zəlzələsi – İlin əvvəlindən bu yana 45000 nəfər işsiz qaldı23.03.2026 - 18:10
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub23.03.2026 - 18:08
3 günün geomaqnit PROQNOZU23.03.2026 - 18:04
Rəqəmsal qocalma - smartfon və kompüterlər dərinin vəziyyətinə necə təsir edir?23.03.2026 - 18:00
Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verilir23.03.2026 - 17:55
Vəfat edən gənc GDU-nun məzunu olub23.03.2026 - 17:52
Putin azərbaycanlı alimi təltif edib23.03.2026 - 17:48