Təhsil 365 - Logo Mobile

Nabat Mirzəyeva: “Yuxu rejimi və düzgün qidalanma psixoloji sağlamlığın əsas dayaqlarıdır"

10017.03.2026 - 15:18
Nabat Mirzəyeva: “Yuxu rejimi və düzgün qidalanma psixoloji sağlamlığın əsas dayaqlarıdır"

Onun sözlərinə görə, bu iki amil insanın funksional fəaliyyətinin əsas dayaqlarından biridir.

Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə verdiyi açıqlamada vurğulayıb ki, yuxu rejimi və düzgün qidalanma insan psixologiyasına birbaşa və güclü təsir göstərir.

“Əgər yuxu və qidalanma düzgün olmazsa, bu, bizim funksional fəaliyyətimizə zərərli təsir göstərəcək. Əksinə, balanslı qidalanma və nizamlı yuxu rejimi isə psixoloji rifahı gücləndirir,” – deyə Mirzəyeva bildirib.

Psixoloq ilk olaraq qidalanmanın təsirlərinə diqqət çəkib:

“Beyin orqanizmdə ən çox enerji tələb edən orqandır və qəbul etdiyimiz qidalar onun işləmə keyfiyyətini müəyyən edir. Vitamin və minerallarla zəngin balanslı qidalanma serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının normal səviyyədə ifrazına kömək edir. Bu da insanın gündəlik həyatında özünü xoşbəxt və rahat hiss etməsinə şərait yaradır. Zərərli qidalanma isə halsızlıq, əsəbilik, diqqət dağınıqlığı və hətta depressiv hallar yarada bilər.”

O, yuxunun psixoloji sağlamlıq üçün vacibliyini də xüsusi vurğulayıb:

“Yuxu psixoloji sağlamlığımızın bərpası üçün ən vacib mexanizmdir. Yuxu zamanı həm beyin, həm də bədən dincəlir. Gün ərzində alınan informasiyalar emal olunur, emosional gərginlik azalır, sinir sistemi özünü tənzimləyir. Keyfiyyətsiz və az yuxu isə stresin artmasına, aqressiyanın yüksəlməsinə və qərarvermə qabiliyyətinin zəifləməsinə səbəb olur. İnsan səhər oyandığında özünü gərgin, halsız və motivasiyasız hiss edir.”

Nabat Mirzəyeva əlavə edib ki, düzgün qidalanma və nizamlı yuxu rejimi insanın emosional stabilliyini qoruyur, stresə davamlılığını artırır və ümumi psixoloji rifahı gücləndirir:

“Psixoloji sağlamlıq yalnız emosiyalar və düşüncədən deyil, eyni zamanda düzgün həyat tərzindən asılıdır. Sağlam qidalanma və balanslı yuxu rejimi həm fiziki, həm də psixoloji cəhətdən insanı qoruyur.”

Mehriban İbadova

Xəbər Lenti

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq17.03.2026 - 19:57
Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb17.03.2026 - 19:52
Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 19:02
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30