Təhsil 365 - Logo Mobile

DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib

9217.03.2026 - 16:00
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib

Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi (AYYS) yazı işlərinin meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif səpgili imtahanlarda yazı işlərinin yoxlanılması məqsədilə hazırlayıb istifadə etdiyi bu qiymətləndirmə sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi (patent) verilib.

“Tehsil365“ xəbər verir ki, verilən məlumata görə, bu patent qiymətləndirmə sisteminin beynəlxalq patentə namizədliyinin verilməsi üçün əsasdır.

AYYS şəffaflıq, obyektivlik və effektivlik prinsipləri əsas götürülərək qurulmuşdur. Sistem aşağıdakı əsas mərhələlərdən ibarətdir:

• Yoxlama prosesində iştirak edəcək markerlərin seçimi, onlar üçün nəzəri və praktiki təlimlərin təşkili;

• Kalibrləmə mərhələsi üçün bazanın hazırlanması (hər tapşırıq üzrə etalon yazı işlərinin seçilməsi və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi);

• Yoxlama prosesindən əvvəl kalibrləmə mərhələsi;

• Yoxlama prosesi;

• Apellyasiya prosesi;

• Markerlərin fəaliyyətinin auditi.

Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminin hazırlanmasına 2014-cü ildən başlanılıb.

Hazırda AYYS-də aşağıdakı imtahanların yazı işləri və inşalarının (esselərinin) qiymətləndirilməsi aparılır:

• Ümumi orta təhsil səviyyəsi (IX illik) üzrə buraxılış imtahanları;

• Tam orta təhsil səviyyəsi (XI illik) üzrə buraxılış imtahanları;

• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları (I-IV qruplar);

• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanları və s.

Qeyd edək ki, AYYS ilə bağlı “IFAC Papers online” jurnalında məqalə də dərc edilib və aşağıdakı beynəlxalq konfranslarda sistem haqqında məruzələr edilib.

İndiyədək AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan çox qiymətləndirmə həyata keçirilib.

Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Mehriban İbadova

Xəbər Lenti

Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 17:28
Rektor: Novruz təbiətin oyanışını, yenilənməni və insanın təbiətlə harmoniyasını simvolizə edir17.03.2026 - 17:25
BMU-da IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya17.03.2026 - 17:24
Xaricdə ali təhsil alan 18 nəfər peşə tanınması üzrə imtahandan keçib17.03.2026 - 17:24
Beynəlxalq qaydaları pozan pişik: Lui hər gün sərhədi necə keçir?17.03.2026 - 17:20
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 17:18
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilib17.03.2026 - 17:18
Məktəbdə bayram ovqatı: torpaq oyanır, dəyərlər yaşayır17.03.2026 - 17:14
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 17:12
BMU-nun tələbələri “Fibonacci”nin Azərbaycan mərhələsində qalib olublar17.03.2026 - 17:10
Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib17.03.2026 - 17:08
Elm və təhsil naziri Aqrar Biznes Festivalında iştirak edib17.03.2026 - 17:06
Azərbaycanda fəaliyyət göstərən 2500 elmlər doktorundan 60-ı ADPU-da çalışır17.03.2026 - 17:04
Günəşdə növbəti güclü partlayış baş verib17.03.2026 - 17:00
ADNSU-nun inkişaf planı gənc müəllimlərlə müzakirə edilib17.03.2026 - 17:00
ASAN AI Hub platformasında dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub17.03.2026 - 16:54
Peşə təhsili alanların sayı 40 faiz artıb - Nazir17.03.2026 - 16:50
İRİA “EPAM Azərbaycan” ilə birgə yeni “Karyera Mükəmməlliyi” proqramına start verir17.03.2026 - 16:48
“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb17.03.2026 - 16:42
Əmək Məcəlləsi və “Təhsil haqqında” qanuna dəyişikliklər 2-ci oxunuşda qəbul edildi17.03.2026 - 16:40
İstanbulda azərbaycanlı qadın rəssamların sərgisi açılacaq17.03.2026 - 16:36
Ən vacib məsələ peşə təhsili alan tələbələrin inkişafıdır - Emin Əmrullayev17.03.2026 - 16:30
Ölkədə təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni dövlət standart layihəsi hazırlanacaq17.03.2026 - 16:30
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 16:20
“Bizim ailəmiz Türk dünyasıdır” - beynəlxalq elmi konfrans17.03.2026 - 16:18
“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb17.03.2026 - 16:12