Dövlət İmtahan Mərkəzi tərəfindən 17 mart 2026-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin kompüter operatorları üçün imtahan keçirilib.
“Tehsil365" xəbər verir ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 50 nəfərdən 2 nəfər imtahana gəlməyib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Imtahanda namizədlərə informasiya texnologiyaları sahəsi üzrə biliklərini yoxlayan 25 qapalı tipli test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla qiymətləndilir. Toplanıla bilən maksimal bal 25-ə bərabərdir.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 - 19 mart tarixlərində saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar.

