Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

7217.03.2026 - 19:02
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Dünya Sosial İş Günü müxtəlif tədbirlərlə qeyd olunub. Birinci tədbir Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib və “Sosial iş - Sosial rifah” mövzusuna həsr olunub. İkinci tədbir isə Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu tərəfindən təşkil olunub.

“Tehsil365" xəbər verir ki, sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirak etdiyi “Sosial iş - Sosial rifah” adlı tədbiri giriş sözü ilə agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin aparıcı mütəxəssisi Ləman Bayramlı açıb. Günün tarixi və mahiyyəti haqqında məlumat verən qonaq qeyd edib ki, Sosial İşçilərin Beynəlxalq Federasiyası 1983-cü ildə hər il mart ayının üçüncü çərşənbə axşamını Dünya Sosial İş Günü kimi elan edib. Bu günün qeyd olunmasında əsas məqsəd sosial işçilərin cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaqdır. Hər il qlobal gündəliyin mövzularından birinə həsr olunan Dünya Sosial İş Günü bu il “Ümid və harmoniyanın birgə qurulması: bölünmüş cəmiyyəti birləşdirmək üçün “Harambi Çağırışı” şüarı altında qeyd olunur. “Harambi” ifadəsi Keniya Respublikasının milli dili olan suahili dilində “Hamı birləşsin”, “Hamımız birlikdə işləyək” kimi mənaları ifadə edir.

Ardınca departamentin böyük mütəxəssisi Musa Əmrahov agentliyin fəaliyyəti, sosial iş peşəsinin praktiki tərəfləri barədə danışıb. Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin fəaliyyətini real keyslərlə izah edib. Musa Əmrahov çıxışında dünyada baş verən hadisələr fonunda Sosial iş ixtisasının daha çox əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

“Sossfera” klubunun təşkilatçılığı ilə keçirilən tədbir isə sosial iş ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı sosial keysin səhnələşdirilməsi ilə başlayıb. Səhnə vasitəsilə cəmiyyətdə mövcud olan sosial problemlər, həssas qrupların qarşılaşdığı çətinliklər və sosial işçilərin bu prosesdəki rolu nümayiş etdirilib.

Səhnənin ardından Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın müəllimi, “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoy, klubun sədri Cansu Nəzərova, sosial işçi və təlimçilər Cəsur Mədətzadə və Emin Məmmədova söz verilib. Nigar Şahhüseynbəyova sosial işçilərin cəmiyyətin rifahının təmin edilməsində oynadığı rolu, Ayxan Şahbazsoy sosial layihələrin cəmiyyət üçün faydaları haqqında danışıb. Cansu Nəzərova sosial işçilərin insan həyatında yaratdığı müsbət dəyişikliklərin əhəmiyyətini vurğulayıb.

Cəsur Mədətzadə səhnələşdirilən keysə münasibət bildirib. O, qeyd edib ki, keys gənc sosial işçilərin nəzəri biliklərini praktikaya tətbiq etməsinə və cəmiyyətdə mövcud sosial problemlərin daha yaxşı anlaşılmasına xidmət edir. Həssas qrupların qarşılaşdığı çətinliklərin göstərilməsi ictimaiyyətin bu məsələlərə diqqətini artırır.

Tədbir Emin Məmmədovun iştirakçılarla sosial mövzuda interaktiv oyun keçirməsi ilə yekunlaşıb. Oyun zamanı iştirakçılar sosial problemlərə fərqli prizmadan yanaşmaq, empatiya qurmaq və sosial düşüncə bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq17.03.2026 - 19:57
Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb17.03.2026 - 19:52
Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30