Təhsil 365 - Logo Mobile

Elm və təhsil naziri Aqrar Biznes Festivalında iştirak edib

9217.03.2026 - 17:06
Elm və təhsil naziri Aqrar Biznes Festivalında iştirak edib

Martın 17-də Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.

“Tehsil365“ xəbər verir ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub.

Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlara göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir. Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın qovuşduğu strateji iqtisadi istiqamətlərdən birinə çevrilməkdədir. Aqrar sahədə rəqəmsal həllərin tətbiqi, startap təşəbbüslərinin təşviqi, elmi biliklərin və müasir texnologiyaların praktikaya inteqrasiyası sektorun rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edir. 

Açılış mərasimində çıxış edən elm və təhsil naziri bildirib ki, bu gün təşkil edilmiş festival məhz dövlət-özəl əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edir. Bu platforma dövlət qurumları, biznes nümayəndələri və gənclər arasında dialoqu gücləndirir, yeni tərəfdaşlıqların qurulmasına və aqrar sahədə innovativ təşəbbüslərin yaranmasına imkan yaradır. 

Gənclərə müraciət edən elm və təhsil naziri bildirib ki, aqrar sektor artıq yalnız ənənəvi fəaliyyət sahəsi deyil. Bu sahə innovasiya, texnologiya və sahibkarlıq imkanlarının, eyni zamanda, startapların sürətlə inkişaf etdiyi perspektivli istiqamətlərdən biridir. Gənclərin bu sahədə yeni ideyalar irəli sürməsi, texnologiyaların tətbiqi ilə bağlı təşəbbüslər göstərməsi və aqrar biznesə qoşulması ölkəmizin gələcək iqtisadi inkişafı üçün çox vacibdir.

Nazir çıxışında əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, eləcə də peşə təhsili sisteminin potensialının gücləndirilməsi istiqamətində son illərdə görülən işlərdən də söz açıb. 

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, bu kimi festivallar fermerlər, gənclər və sahibkarlar üçün yeni əməkdaşlıq və inkişaf imkanları yaradır.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 10-dan artıq dövlət peşə təhsil mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər.

Tədbir iştirakçıları həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində təşkil olunan “Bootcamp” proqramının iştirakçıları ilə görüşüblər. Görüş zamanı “Bootcamp” iştirakçıları hazırladıqları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə bağlı təqdimatlar ediblər. Sərgi çərçivəsində yaradılmış startap zonasında aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər. Bununla da startapçılar fermer və sahibkarlarla birbaşa ünsiyyət quraraq öz ideyalarını təqdim etmək və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

Mehriban İbadova

Xəbər Lenti

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 19:02
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 17:28