Musiqi müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı meyarlar işə qəbul qaydalarında nəzərdə tutulub.
“Tehsil365" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.
O qeyd edib ki, bəzi istisnaları yenidən qanunvericiliyə gətirmək üçün müəyyən prosedurlar var.
"Həmin məsələlər Elm və Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılacaq. Sertifikat haqqında qanun qəbul edildikdən sonra qaydalar da hazırlanacaq və bu qaydalarda da əmək haqqlarının artırılma faizi ehtiva olunacaq” – deyə nazir müavini qeyd edib

