Təhsil 365 - Logo Mobile

Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub

9217.03.2026 - 17:18
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb.

“Tehsil365“ Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard Undergraduate Azerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlı universitetdə baş tutub. Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology), Boston (Boston University), Şimal-Qərb (Northwestern University) və Saffolk (Suffolk University) universitetlərinin tələbələri də iştirak ediblər.

Görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinin inkişaf perspektivləri barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsi aparmasını təmin edən mühüm bir platforma olduğu diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyası birləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlar qırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədər yaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı və assimilyasiyaya olmamalıdır. 

Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞ universitetlərində  fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizin zəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.

Harvard Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri Qəndab Məmmədova Massaçusets ştatında təhsil alan və məzun olan bütün gəncləri birgə fəaliyyətə dəvət edib.

Massaçusets Texnologiya İnstitutunun tələbələri burada 9 azərbaycanlının təhsil aldığını qeyd edərək, bu görüşün ABŞ-dəki soydaşlarımız arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Boston Universitetində tibb üzrə rezidentura  pilləsinin tələbəsi Firuzə və Nihad Hüseynovlar öz ixtisasları, tibbi sığorta məsələləri üzrə gənclərə tövsiyələr verməyə hazır  olduqlarını bildiriblər. Universitetdə 15 azərbaycanlı tələbənin olduğu və burada Azərbaycanlı Tələbələr Təşkilatının yaradılmasının planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir gənclərə təcrübə mübadiləsi aparmaq, gələcək layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb. Həmçinin gənclər diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə fikirlərini səsləndiriblər.

Mehriban İbadova

Xəbər Lenti

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 19:02
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 17:28