Son illərdə universitet tələbələri arasında gələcək karyera ilə bağlı narahatlıq halları daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət həm fərdi, həm də sosial amillərlə əlaqədardır.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, tələbələrdə karyera narahatlığının əsas səbəblərindən biri qeyri-müəyyənlikdir: “Əmək bazarının dəyişkən olması və ixtisas üzrə iş tapmaqla bağlı narahatlıqlar tələbələrdə gələcək qorxusu yaradır.”
Mütəxəssis qeyd edib ki, valideyn və cəmiyyət gözləntiləri də bu prosesə təsir edir: “Bəzi hallarda tələbələr öz maraqlarına uyğun deyil, daha çox sosial gözləntilərə uyğun seçim etdikləri üçün daxili narahatlıq yaşayırlar.”
Psixoloq əlavə edib ki, özünə inamın zəif olması da mühüm amillərdəndir: “Tələbə öz bacarıqlarını yetərli hesab etmədikdə gələcəklə bağlı daha çox narahatlıq keçirir.”
Onun sözlərinə görə, bu problemin həlli üçün düzgün istiqamətləndirmə vacibdir: “Karyera planlaşdırması, özünü inkişaf etdirmə və psixoloji dəstək tələbələrin bu narahatlığını azaltmağa kömək edə bilər.”

