Təhsil 365 - Logo Mobile

Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”

9717.03.2026 - 18:00
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”

Onun sözlərinə görə, imtahan öncəsi abituriyentlər ilk növbədə soyuqqanlı olmalı, həyəcanlanmamalı və imtahandan əvvəlki iki günü istirahətə ayırmalıdırlar.

Təhsil eksperti Elçin Süleymanov “Tehsil365“ə verdiyi açıqlamada qəbul imtahanlarında abituriyentlərin diqqət etməli olduğu əsas məqamlara toxunub.

“Abituriyentlər imtahana maksimum sərbəst və rahat geyimlə gəlməlidirlər. Qidalanmaya da diqqət etmək vacibdir. Çünki düzgün qidalanma imtahan zamanı həm fiziki, həm də psixoloji dayanıqlığı artırır,” – deyə Süleymanov bildirib.

Ekspert vurğulayıb ki, artıq bir neçə ildir tətbiq olunan sistem abituriyentlərin həyəcanını qismən azaltmağa kömək edir: “700 bal iki cəhdlə toplanır. Buraxılış imtahanı 300 bal, qəbul imtahanı isə 400 bal verir. Buraxılış imtahanı bir dəfə keçirilir, qəbul imtahanı isə iki dəfə. Yaxşı nəticə göstərməyən abituriyent ikinci şansda bilik və bacarıqlarını yenidən yoxlaya bilər.”

Elçin Süleymanov imtahan zamanı vaxt bölgüsünün düzgün aparılmasının vacibliyini də qeyd edib: “Abituriyentlər əvvəlcə bütün sualları gözdən keçirməli, rahat olanları cavablamalıdırlar. Daha sonra orta çətinlikdə olan suallara keçmək, ən çətin sualları isə sona saxlamaq məqsədəuyğundur. Ən vacib məqamlardan biri cavabların kodlaşdırma vərəqəsinə köçürülməsidir. Çox zaman tələbələr bunu unudur və ya tələsdikləri üçün səhvlərə yol verirlər.”

Ekspertin tövsiyəsinə görə, abituriyentlər imtahana ən yaxşı bildikləri fənnlə başlamalıdırlar: “Bu halda onlar daha sürətli çalışacaq və vaxt qazanacaqlar. İmtahanı son şans kimi görmək lazım deyil. Pis nəticə pessimizmə səbəb olmamalıdır, çünki növbəti imtahanda yenidən iştirak etmək mümkündür.”

Elçin Süleymanov əlavə edib ki, son illərdə abituriyentlər üçün təhsil sahəsində geniş imkanlar yaradılıb: “Artıq qəbul planı 75 minə yaxın yerdən ibarətdir və hər il artır. Ödənişli oxuyanlar üçün isə Təhsil Tələbə Krediti Fondu mövcuddur. Bu sistemlə tələbə təhsil haqqını ödəyir, məzun olduqdan sonra isə hissə-hissə geri qaytarır. Dolayısıyla abituriyentlər ödənişli oxumaq ehtimalına görə stresə girməməlidirlər.”

Ekspert sonda abituriyentlərə ixtisas seçimində diqqətli olmağı tövsiyə edib: “Sadəcə valideynin istəyinə uyğun deyil, abituriyentin öz maraqları və xüsusiyyətləri nəzərə alınmalıdır. Sevdiyi və gələcəkdə əmək bazarında qarşılığı olan ixtisası seçmək daha doğrudur. Dövlət qurumları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq gələcəkdə populyar olacaq ixtisaslarla bağlı məlumatlar açıqlayır. Abituriyentlər bu məlumatlara diqqət etməlidirlər. Mən bütün imtahan iştirakçılarına uğurlar arzulayıram.”

Mehriban İbadova

Xəbər Lenti

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 19:02
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir17.03.2026 - 17:45
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 17:28