Təhsil 365 - Logo Mobile

Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir

11717.03.2026 - 17:45
Ramin Nurəliyev: Orta məktəblərdə tədris sistemi dəyişməlidir

Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, orta ümumtəhsil məktəblərində dərslərin daha maraqlı və effektiv olması üçün ilk növbədə tədris sistemində köklü dəyişikliklər aparılmalıdır.

Ramin Nurəliyev “Tehsil365”ə açıqlamasında bildirib ki, mövcud tədris sistemi nə ali təhsil müəssisələrinə qəbul baxımından, nə də ümumi orta təhsil səviyyəsində arzu olunan nəticəni vermir:

“Hazırkı vəziyyət heç kimi qane etmir. Tədris sistemi nə universitetə hazırlıq üçün yetərlidir, nə də ümumi biliklərin formalaşdırılması baxımından effektivdir”.

Ekspert qeyd edir ki, problemin həlli üçün tədris sistemi mərhələlər üzrə yenidən qurulmalıdır. O, orta məktəblərdə təhsilin iki əsas mərhələyə bölünməsini təklif edir:

“Birinci mərhələ ibtidai təhsildir və 1–4-cü sinifləri əhatə etməlidir. İkinci mərhələ isə icbari təhsil kimi 5–9-cu sinifləri əhatə etməli, şagirdlər 9-cu sinifin sonunda imtahan verərək attestat almalıdırlar”.

Onun fikrincə, 10–12-ci siniflər artıq ixtisaslaşmış hazırlıq mərhələsi kimi təşkil olunmalıdır. Bu yanaşma dünya ölkələrinin böyük əksəriyyətində tətbiq olunan 12 illik təhsil modelinə uyğundur:

“10, 11 və 12-ci siniflərdə şagirdlər seçdikləri ixtisas qruplarına uyğun şəkildə təhsil almalıdırlar. Məsələn, üçüncü və ya dördüncü ixtisas qrupuna hazırlaşan şagirdlər həmin istiqamət üzrə fənlərə daha çox fokuslanmalıdırlar”.

Ramin Nurəliyev vurğulayır ki, bu dəyişikliklərlə yanaşı, müəllim seçiminə də xüsusi diqqət yetirilməlidir:

“Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlər xüsusilə yuxarı siniflərdə, ali təhsilə hazırlıq istiqamətində tədris prosesinə cəlb olunmalıdırlar”.

Ekspert cəmiyyətdə səsləndirilən “məktəblərdə dərs keçirilmir” fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, problem dərsin keçirilməməsində deyil, proqramın effektiv olmamasındadır:

“Dərslər keçirilir. Müəllimlər verilən proqram əsasında dərs deyirlər. Amma mövcud proqram şagirdləri universitetə hazırlıq baxımından təmin etmir. Bu səbəbdən şagirdlər repetitor və hazırlıq kurslarına üz tuturlar”.

Ekspert hesab edir ki, təklif olunan model tətbiq olunarsa, məktəblərdə həm tədrisin keyfiyyəti, həm də şagirdlərin davamiyyəti artacaq:

“Bu gün şagird məktəbdən fayda əldə etmədiyi üçün ora getmək istəmir. Əgər məktəbdə birbaşa universitetə hazırlıq dərsləri təşkil olunarsa, bu, həm məktəbi daha cəlbedici edər, həm də şagirdlərin əlavə xərclərdən asılılığını azaldar”.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 19:02
Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib17.03.2026 - 19:00
LDU-da “ Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib17.03.2026 - 18:56
Tarix fənni üzrə sertifikasiyanın test NÜMUNƏLƏRİ17.03.2026 - 18:52
Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb17.03.2026 - 18:50
FHN uşaq evində təlim keçirib17.03.2026 - 18:47
Kompüter operatorları üçün imtahan keçirilib17.03.2026 - 18:43
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək17.03.2026 - 18:40
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsinə start verilib17.03.2026 - 18:38
Bostonda azərbaycanlı tələbə və gənclərlə görüş olub17.03.2026 - 18:34
Xaricdə təhsil alanların ən çox seçdiyi ixtisaslar 17.03.2026 - 18:30
Naxçıvan Dövlət Universitetində Novruz coşqusu17.03.2026 - 18:28
Daşkəsəndə bayram sevinci17.03.2026 - 18:24
Bu ali məktəblərdə Novruzla bağlı mükafatlar verilir17.03.2026 - 18:20
Füzulidə bayram coşqusu: Mirzə Uluqbəy adına məktəbdə İlaxır çərşənbə təntənəsi17.03.2026 - 18:17
Naxçıvanqalada 30-dan artıq sərgi-satış stendi fəaliyyət göstərəcək - Naxçıvanda “Bahar festivalı”17.03.2026 - 18:12
Sertifikasiya stressinə son? – Təcrübəli müəllimlərlə bağlı yeni təklif17.03.2026 - 18:10
Ümumdünya Sosial İş Günü qeyd olunub17.03.2026 - 18:07
Vəkillər məhkumlara hüquqi yardım göstəriblər17.03.2026 - 18:02
Elçin Süleymanov: “Abituriyentlər imtahanı son şans kimi görməməlidirlər”17.03.2026 - 18:00
Sabah 17 dərəcə isti gözlənilir17.03.2026 - 18:00
“Rəqəmsal məktəb” platforması: müəllimlərin işi asanlaşır17.03.2026 - 17:54
“Azərxalça” ASC ilə “Qarabağ” futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb17.03.2026 - 17:54
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski17.03.2026 - 17:50
"TəhsilPlus" təqaüddə olan müəllimlərə də veriləcək?17.03.2026 - 17:48
Beynəlxalq Muğam Mərkəzinin direktorunun Özbəkistanda ustad dərsləri17.03.2026 - 17:46
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər17.03.2026 - 17:42
Naxçıvanda RFO-nun finalına vəsiqə qazanan şagirdlərin sayı 88 faiz artıb17.03.2026 - 17:40
Bakı Kitab Mərkəzində Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi17.03.2026 - 17:39
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək17.03.2026 - 17:36
“Dədə Qorqud eposunun “Alp Aruz variantı”nın bərpası problemləri” - elmi seminar17.03.2026 - 17:34
Süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib17.03.2026 - 17:30
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir17.03.2026 - 17:30
DİM-in Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib17.03.2026 - 17:28
Rektor: Novruz təbiətin oyanışını, yenilənməni və insanın təbiətlə harmoniyasını simvolizə edir17.03.2026 - 17:25