Təhsil 365 - Logo Mobile

Strasburq Universitetinin prezidenti ADNSU və UFAZ-ı yüksək qiymətləndirib

7318.03.2026 - 07:09
Strasburq Universitetinin prezidenti ADNSU və UFAZ-ı yüksək qiymətləndirib

Martın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Strasburq Universitetinin prezidenti Frédérique Berrod ilə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, o cümlədən universitetin prorektorları və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı UFAZ-ın transmilli təhsil sahəsində unikal model olduğu vurğulanıb. Eyni zamanda, UFAZ məzunlarının əldə etdikləri uğurlar, onların karyera inkişafı, eləcə də hazırda həm ADNSU-da, həm də UFAZ-da pedaqoji və elmi-tədqiqat fəaliyyətinə cəlb olunmaları barədə məlumat verilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışı zamanı universitetin əsas fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib. Qeyd olunub ki, 10 il əvvəl təsis edilən UFAZ fəaliyyətini əsaslı şəkildə genişləndirərək uğurla fəaliyyət göstərir, burada bakalavr və magistratura təhsil pillələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanır. Strasburq Universitetinin prezidenti Frédérique Berrod rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra universitetlərlə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirib. O, UFAZ-ın beynəlxalq əməkdaşlıq çərçivəsində ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb və gələcəkdə iki ölkə arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə xüsusi önəm veriləcəyini qeyd edib.

ADNSU-ya ilk dəfə səfər edən qonaq görüşdən sonra universitetin Tarix və Mineralogiya muzeyləri, eləcə də ADNSU və UFAZ-ın tədris binaları ilə tanış olub. O, tədris və elmi- tədqiqat mühitini, laboratoriyalarda yaradılan şəraiti və aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm18.03.2026 - 13:21
Latviyada Novruz bayramı qeyd olunub18.03.2026 - 13:12
Fəlsəfə doktoru: Novruz bəşəriyyətin ən qədim mərasimlərindən biri hesab olunur18.03.2026 - 13:01
Mart soyqırımı ilə bağlı faktların araşdırılması və arxiv sənədlərinin üzə çıxarılması bu gün də aktualdır18.03.2026 - 12:51
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 12:41
Azərbaycanın elmi və mədəni irsi Londonda təqdim olunub18.03.2026 - 12:31
AzTU-da yeni akademik idarəetmə modeli tətbiq edilib18.03.2026 - 12:21
Söz səfərinin sarvanları” - XX əsr Azərbaycan ədəbiyyatına yeni baxış18.03.2026 - 12:10
5 incəsənət məktəbi istifadəyə veriləcək18.03.2026 - 10:33
Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir18.03.2026 - 10:21
Xəzər dənizində zəlzələ olub18.03.2026 - 10:10
"Düzgün hazırlıq imtahan stressini minimuma endirir” - AÇIQLAMA18.03.2026 - 09:56
“Məktəbdə şeir öyrənmək uşaqların inkişafına necə təsir edir?” - MÜSAHİBƏ18.03.2026 - 09:45
Uşaqlarda stres ömürlük həzm problemlərinə səbəb ola bilər18.03.2026 - 09:35
5-ci siniflər üçün minlərlə dərslik çap olunacaq - FƏNLƏR18.03.2026 - 09:27
Nazir Aqrar Biznes Festivalında iştirak edib18.03.2026 - 09:20
Azərbaycan diasporunun İzmirdəki nümayəndələri Torpaq çərşənbəsini birlikdə qeyd ediblər18.03.2026 - 09:12
Laçında Novruz yarmarkası açılıb18.03.2026 - 09:06
“Həddindən artıq düşünmək psixoloji yorğunluğa səbəb olur” - Aysel Məmmədova 18.03.2026 - 09:00
Tacikistanda Novruz bayramı münasibətilə mədəni tədbirlər keçiriləcək18.03.2026 - 08:55
BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı başa çatıb18.03.2026 - 08:48
DİM TKT imtahanına qeydiyyat elan edir18.03.2026 - 08:40
“Triqonometriya qorxusu: abituriyentləri çətinliyə salan əsas səbəblər”18.03.2026 - 08:30
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 08:23
İnterpol: Süni intellektlə işləyən fırıldaqçılar daha çox qazanırlar18.03.2026 - 08:14
Parisdə Novruz bayramı münasibəti ilə xalça sərgisi açılıb18.03.2026 - 08:05
Meteorit partlayışı ABŞ-nin üç ştatında sakinləri qorxudub18.03.2026 - 07:57
Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib18.03.2026 - 07:50
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək”18.03.2026 - 07:41
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb18.03.2026 - 07:31
BDU-nun "Tələbə evi"ndə İlaxır çərşənbə qeyd olunub18.03.2026 - 07:21
Bu gün hava necə olacaq? - PROQNOZ18.03.2026 - 07:00
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq17.03.2026 - 19:57
Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb17.03.2026 - 19:52
Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33
Tələbələrdə tükənmişlik sindromu niyə artır?17.03.2026 - 19:28
Universitet tələbələri arasında gələcək karyera narahatlığı nə ilə bağlıdır?17.03.2026 - 19:25
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 19:22
Dərsdən qaçmaq istəyən uşaq xəsarət alıb17.03.2026 - 19:18
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 19:15
Musiqi müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 19:12
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI17.03.2026 - 19:08
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 19:05