Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə BDU-nun "Tələbə evi"ndə İlaxır çərşənbə qeyd olunub.
“Tehsil365” xəbər verir ki, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tələbələrə təbriklərini çatdırıb.
Bayram tonqalı qalanandan sonra tələbələr üçün çay süfrəsi təşkil edilib.

