Təhsil 365 - Logo Mobile

“Qanunu bil, həyatı asanlaşdır” – Maarifləndirmə tədbirləri davam edir

7418.03.2026 - 17:34
“Qanunu bil, həyatı asanlaşdır” – Maarifləndirmə tədbirləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində maarifləndirmə tədbiri keçirib.

Xidmətdən “Tehsil365"ə verilən məlumata görə, tədbir “Əlilliyi olan şəxslərin əmək hüquqları”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.

Görüşdə nazirliyin və tabeliyində fəaliyyət göstərən qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, eləcə də xidmətin Şərqi Zəngəzur regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ-hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qəbul olunmuş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, habelə əmək bazarında şəffaflığın artırılmasıdır.

Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şəkildə şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı izahatlar verilib.

Çıxışlar zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqları, işəgötürənlərin bu sahədə öhdəlikləri barədə geniş məlumat təqdim olunub. Bununla yanaşı, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və bu sahədə qəbul olunmuş yeni standartlar müzakirə edilib.

Tədbirdə, həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı maarifləndirilməsi və onların əmək hüquqlarının qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah 20 dərəcə isti olacaq18.03.2026 - 19:57
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb18.03.2026 - 19:52
Alp dağlarında 2000 il gizli qalan gözlənilməz tikili aşkar edildi18.03.2026 - 19:45
Adil Məmmədov: "Azərbaycan tədbir təşkilatçılığı sahəsində təcrübə ixrac edir"18.03.2026 - 19:38
Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib18.03.2026 - 19:32
Cəsarət Valehov: Azərbaycandakı musiqi müəllimlərinin 77 %-i orta ixtisas təhsillidir18.03.2026 - 19:25
Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir18.03.2026 - 19:18
Moskvada Novruz bayramı qeyd olunub18.03.2026 - 19:12
İmtahan dövründə tələbələrin yaşadığı stress – Psixoloqdan açıqlama18.03.2026 - 19:05
Sumqayıtda Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçirilib18.03.2026 - 19:00
Yerə bənzəməyən qəribə planet kəşf EDİLDİ18.03.2026 - 18:54
Sentyabrın 1-dən Polşa məktəblərində mobil telefonlardan istifadə qadağan ediləcək18.03.2026 - 18:50
Musiqi müəllimləri üçün maaşla bağlı YENİLİK18.03.2026 - 18:49
Beynəlxalq Kembric Məktəbində “Oğuz elinin Novruzu” 18.03.2026 - 18:45
Martın sonuna qədər güclü geomaqnit qasırğası gözlənilmir18.03.2026 - 18:44
DİM imtahan sualının TYT kitabından salındığı iddialarına aydınlıq gətirdi - RƏSMİ18.03.2026 - 18:40
Günəşdə güclü partlayış oldu18.03.2026 - 18:39
Psixoloq Nuriyya Quliyeva: “Gənclər ailə qurarkən ‘mən’ yox, ‘biz’ deməyi bacarmalıdır”18.03.2026 - 18:35
Ağalı məktəbinə yeni direktor təyin olundu18.03.2026 - 18:34
Sertifikasiyaya hazırlaşan tarix müəllimləri üçün yeni test nümunələri açıqlandı18.03.2026 - 18:30
Prezidentlə xanımı Xocavəndə getdi 18.03.2026 - 18:28
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib18.03.2026 - 18:24
Lisey məzunu MİT-in ilk azərbaycanlı doktorantı oldu18.03.2026 - 18:20
Gürcüstanda azərbaycandilli məktəblərin fəaliyyəti müzakirə edilib18.03.2026 - 18:18
IV “Maarifçi” təcrübə proqramına dair maarifləndirmə sessiyası keçirilib18.03.2026 - 18:10
X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 18:07
Məktəblilər peşəkar səhnədə18.03.2026 - 18:02
Peşə təhsilində qadınların təmsilçiliyi 40 faizə yüksəlib - İlqar Bayramlı18.03.2026 - 18:00
WUF13 Kiyevdə təqdim olunub18.03.2026 - 17:54
Lənkəranda "NovruzFest II" coşqusu18.03.2026 - 17:48
Səməni halvası, “Yallı” və bayram tonqalı - Cəbrayılda möhtəşəm Novruz şənliyi18.03.2026 - 17:43
Emin Əmrullayev təhsil idarəçiliyi və liderlik üzrə təcrübəsini bölüşüb18.03.2026 - 17:40
Akademik: Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət elmin və təhsilin inkişafına geniş imkanlar açır18.03.2026 - 17:39
İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb18.03.2026 - 17:29
İncəsənət üzrə yeni dərsliklər hazırlanacaq18.03.2026 - 17:25
Azercell” Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib18.03.2026 - 17:24
Bu şagirdlər ali məktəblərə imtahansız qəbul ediləcəklər – Yenilik18.03.2026 - 17:20
DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur18.03.2026 - 17:18
Səməd Vurğun: XX əsr Azərbaycan poeziyasının görkəmli siması18.03.2026 - 17:14
Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib18.03.2026 - 17:10
Şagirdlərin Novruz ənənələrinə bağlılığı 225 nömrəli məktəbdəki şənlikdə bir daha əks olunub18.03.2026 - 17:08
RFO-da rəqabət güclənir: liderlik riyaziyyat və informatika üzrədir18.03.2026 - 17:05
Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir18.03.2026 - 17:04
“Parla” təqaüd proqramına yeni qoşulan tələbə qızlarla görüş keçirilib18.03.2026 - 17:00
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 16:55
Keçmişdən gələcəyə uzanan dəyərlər – Məktəblilər peşəkar səhnədə18.03.2026 - 16:50
"Uşaqlarda diqqət və sosyallaşma baxımından onlayn və üz-üzə təhsil fərqlənir" - Psixoloq Aygül Məlikova18.03.2026 - 15:39