Təhsil 365 - Logo Mobile

Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib

7318.03.2026 - 18:24
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Tehsil365" xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.

Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

Nərmin Mustafayeva

Xəbər Lenti

Sabah 20 dərəcə isti olacaq18.03.2026 - 19:57
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb18.03.2026 - 19:52
Alp dağlarında 2000 il gizli qalan gözlənilməz tikili aşkar edildi18.03.2026 - 19:45
Adil Məmmədov: "Azərbaycan tədbir təşkilatçılığı sahəsində təcrübə ixrac edir"18.03.2026 - 19:38
Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib18.03.2026 - 19:32
Cəsarət Valehov: Azərbaycandakı musiqi müəllimlərinin 77 %-i orta ixtisas təhsillidir18.03.2026 - 19:25
Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir18.03.2026 - 19:18
Moskvada Novruz bayramı qeyd olunub18.03.2026 - 19:12
İmtahan dövründə tələbələrin yaşadığı stress – Psixoloqdan açıqlama18.03.2026 - 19:05
Sumqayıtda Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçirilib18.03.2026 - 19:00
Yerə bənzəməyən qəribə planet kəşf EDİLDİ18.03.2026 - 18:54
Sentyabrın 1-dən Polşa məktəblərində mobil telefonlardan istifadə qadağan ediləcək18.03.2026 - 18:50
Musiqi müəllimləri üçün maaşla bağlı YENİLİK18.03.2026 - 18:49
Beynəlxalq Kembric Məktəbində “Oğuz elinin Novruzu” 18.03.2026 - 18:45
Martın sonuna qədər güclü geomaqnit qasırğası gözlənilmir18.03.2026 - 18:44
DİM imtahan sualının TYT kitabından salındığı iddialarına aydınlıq gətirdi - RƏSMİ18.03.2026 - 18:40
Günəşdə güclü partlayış oldu18.03.2026 - 18:39
Psixoloq Nuriyya Quliyeva: “Gənclər ailə qurarkən ‘mən’ yox, ‘biz’ deməyi bacarmalıdır”18.03.2026 - 18:35
Ağalı məktəbinə yeni direktor təyin olundu18.03.2026 - 18:34
Sertifikasiyaya hazırlaşan tarix müəllimləri üçün yeni test nümunələri açıqlandı18.03.2026 - 18:30
Prezidentlə xanımı Xocavəndə getdi 18.03.2026 - 18:28
Lisey məzunu MİT-in ilk azərbaycanlı doktorantı oldu18.03.2026 - 18:20
Gürcüstanda azərbaycandilli məktəblərin fəaliyyəti müzakirə edilib18.03.2026 - 18:18
IV “Maarifçi” təcrübə proqramına dair maarifləndirmə sessiyası keçirilib18.03.2026 - 18:10
X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 18:07
Məktəblilər peşəkar səhnədə18.03.2026 - 18:02
Peşə təhsilində qadınların təmsilçiliyi 40 faizə yüksəlib - İlqar Bayramlı18.03.2026 - 18:00
WUF13 Kiyevdə təqdim olunub18.03.2026 - 17:54
Lənkəranda "NovruzFest II" coşqusu18.03.2026 - 17:48
Səməni halvası, “Yallı” və bayram tonqalı - Cəbrayılda möhtəşəm Novruz şənliyi18.03.2026 - 17:43
Emin Əmrullayev təhsil idarəçiliyi və liderlik üzrə təcrübəsini bölüşüb18.03.2026 - 17:40
Akademik: Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət elmin və təhsilin inkişafına geniş imkanlar açır18.03.2026 - 17:39
“Qanunu bil, həyatı asanlaşdır” – Maarifləndirmə tədbirləri davam edir18.03.2026 - 17:34
İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb18.03.2026 - 17:29
İncəsənət üzrə yeni dərsliklər hazırlanacaq18.03.2026 - 17:25
Azercell” Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib18.03.2026 - 17:24
Bu şagirdlər ali məktəblərə imtahansız qəbul ediləcəklər – Yenilik18.03.2026 - 17:20
DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur18.03.2026 - 17:18
Səməd Vurğun: XX əsr Azərbaycan poeziyasının görkəmli siması18.03.2026 - 17:14
Milli Qida Texnologiyaları Platformasının yeddinci görüşü keçirilib18.03.2026 - 17:10
Şagirdlərin Novruz ənənələrinə bağlılığı 225 nömrəli məktəbdəki şənlikdə bir daha əks olunub18.03.2026 - 17:08
RFO-da rəqabət güclənir: liderlik riyaziyyat və informatika üzrədir18.03.2026 - 17:05
Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir18.03.2026 - 17:04
“Parla” təqaüd proqramına yeni qoşulan tələbə qızlarla görüş keçirilib18.03.2026 - 17:00
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə sənəd qəbulu başlayır18.03.2026 - 16:55
Keçmişdən gələcəyə uzanan dəyərlər – Məktəblilər peşəkar səhnədə18.03.2026 - 16:50
"Uşaqlarda diqqət və sosyallaşma baxımından onlayn və üz-üzə təhsil fərqlənir" - Psixoloq Aygül Məlikova18.03.2026 - 15:39