Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunu Abutalıb Namazov dünyanın ən nüfuzlu elm mərkəzi olan Massaçusets Texnologiyalar İnstitutunun doktorantura səviyyəsinə qəbul olub.
"Tehsil365" xəbər verir ki, Abutalıb Namazov MİT-in ilk azərbaycanlı doktorantıdır. O, liseyin şagirdi olduğu illərdə dəfələrlə beynəlxalq və respublika statuslu olimpiadaların qalibi olub.

