Təhsil 365 - Logo Mobile

Psixoloq Nuriyya Quliyeva: “Gənclər ailə qurarkən ‘mən’ yox, ‘biz’ deməyi bacarmalıdır”

12118.03.2026 - 18:35
Psixoloq Nuriyya Quliyeva: “Gənclər ailə qurarkən ‘mən’ yox, ‘biz’ deməyi bacarmalıdır”

Müasir dövrdə gənclərin ailə qurarkən qarşılaşdıqları əsas problemlərdən biri fərdi ego və yanaşmaların ön plana çıxarılmasıdır. Mütəxəssislər hesab edir ki, bu yanaşma ailədaxili münasibətlərdə anlaşılmazlıqlara və münaqişələrə səbəb olur.

Psixoloq Nuriyya Quliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, gənclər ailə qurarkən “mən” yox, “biz” anlayışını mənimsəməlidirlər:

“Bu gün gənclər ailə qurarkən təəssüf ki, daha çox öz ‘mən’lərini ön plana çəkirlər. Halbuki ailə ‘biz’ deməkdir. Hər iki tərəf fərqli ailələrdə böyüyüb və hərəsinin öz qaydaları, yanaşmaları var. Amma bu fərqliliklər olduğu kimi yeni qurulan ailəyə daşınmamalıdır. Artıq onlar valideyn yox, həyat yoldaşı rolundadırlar və bunu dərk etməlidirlər”.

Psixoloqun sözlərinə görə, münasibətlərdə “mən dediyim olacaq” yanaşması ciddi problemlərə gətirib çıxarır:

“Bəzən cütlüklər düşünür ki, qərarlar yalnız onların istədiyi kimi olmalıdır. Bu isə qaçılmaz olaraq toqquşmalara səbəb olur. Sağlam münasibət üçün tərəflər ‘mən’ yox, ‘biz’ kimi düşünməyi, güzəşt etməyi və problemləri müzakirə yolu ilə həll etməyi bacarmalıdırlar”.

Nuriyya Quliyeva həmçinin texnologiyanın və sosial medianın ailədaxili münasibətlərə təsirindən də danışıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə təqdim olunan ideal həyat tərzi gənclərdə yanlış gözləntilər yaradır:

“Sosial mediada gördüyümüz həyat tərzi əksər hallarda reallığı əks etdirmir. Lüks həyat, bahalı geyimlər və ideal münasibət görüntüsü insanlarda əsassız tələblər formalaşdırır. Bundan əlavə, texnologiyadan həddindən artıq istifadə cütlüklər arasında ünsiyyəti zəiflədir”.

Ekspert qeyd edib ki, müasir cütlüklərin əsas problemlərindən biri də ünsiyyət çatışmazlığıdır:

“Cütlüklər problemləri danışmağı, dinləməyi və müzakirə etməyi bacarmalıdırlar. Açıq ünsiyyət olmadan sağlam münasibət qurmaq mümkün deyil”.

Psixoloq ailədaxili məsələlərə kənar müdaxilənin də düzgün olmadığını vurğulayıb:

“Ailə daxilində yaranan problemlər həmin ailənin öz daxilində həll olunmalıdır. Nə qız, nə də oğlan tərəfinin ailəsinin bu məsələlərə müdaxiləsi doğru deyil”.

Sonda o əlavə edib ki, iqtisadi çətinliklər də münasibətlərə təsir göstərir:

“İqtisadi problemlər gərginlik yarada bilər. Amma qarşılıqlı dəstək və anlayışla bu çətinlikləri birlikdə aşmaq mümkündür”.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26
Şəkidə Novruz şənliyi - Milli adət-ənənələr gənc nəslə təbliğ olunur19.03.2026 - 18:22
Həkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır19.03.2026 - 18:20
Bahar fəsli Kürdəmirdə coşqu ilə qarşılanır: Novruz tonqalı qalandı19.03.2026 - 18:17
Gənc yaşda yaddaş problemlərinin gizli səbəbləri19.03.2026 - 18:15
Novruz bayramı Aberdində qeyd olunur19.03.2026 - 18:11
Tələbə yataqxanaları ilə bağlı konkret təkliflər təqdim ediləcək - Nicat Məmmədli19.03.2026 - 18:10
“Baharın rəngləri”ndə uşaqlar çıxış ediblər19.03.2026 - 18:06
Şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici sessiya keçirilib19.03.2026 - 18:05
Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına uşaq qayğı mərkəzlərinin rolu haqqında məlumat verilib19.03.2026 - 18:02
“Texniki fənlər mənim üçün daha rahatdır” – Nizami rayon Zəngi lisey şagirdi Heybət Əzizli ilə müsahibə19.03.2026 - 17:55
Akademik saxtakarlığa qarşı qaydalar sərtləşdirilir19.03.2026 - 17:55
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert19.03.2026 - 17:54
Tarixi səhnədə Novruz: Romada Azərbaycan mədəniyyətinin ecazkar təqdimatı19.03.2026 - 17:48
Profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək – Yeni qayda 19.03.2026 - 17:45
İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı19.03.2026 - 17:44