Təhsil 365 - Logo Mobile

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat aparılır

10419.03.2026 - 12:47
Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat aparılır

Aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Aprelin 26-da isə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.

Bu barədə “Tehsil365” ə DİM-dən məlumat verilib.

İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Taksi minik avtomobili sürücüləri 19 mart saat 15:00-dan 30 mart saat 23:59-dək, digər kateqoriyalardan olan şəxslər isə 19 mart saat 16:00-dan 16 aprel saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə və Bərdə regional bölmələrində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahanlar bir saat davam edir. Taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək

Zəhra Əliyeva

Xəbər Lenti

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir20.03.2026 - 09:20
Şuşada bayram namazı qılınıb20.03.2026 - 08:52
Sabah hava necə olacaq? 20.03.2026 - 08:40
Onlar Azərbaycanı finalda təmsil edəcəklər20.03.2026 - 08:29
Elm və təhsil naziri Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 08:17
Bu gün Azərbaycana yaz fəsli daxil olur 20.03.2026 - 08:07
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram - FOTOLAR20.03.2026 - 07:53
Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:45
Bayram günü hava necə olacaq?, 20.03.2026 - 07:32
Prezident Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:21
Azərbaycanda Ramazan bayramı qeyd edilir 20.03.2026 - 07:11
Texasda evdə təhsil alan şagirdlər ESA proqramına maraq göstərir20.03.2026 - 07:00
Texasda ibtidai sinif şagirdi bir milyondan çox söz oxuyaraq diqqət çəkib20.03.2026 - 06:36
Azərbaycanda Novruz bayramı qeyd olunur20.03.2026 - 06:18
AXC-nin sabiq səhiyyə naziri Abram Dastakyanın xatirəsi anılır20.03.2026 - 06:00
Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26