Təhsil 365 - Logo Mobile

Akademik: Səməd Vurğun Azərbaycan ədəbiyyatında yeni məktəb yaratmış fenomen şəxsiyyətlərdən biridir

10419.03.2026 - 13:05
Akademik: Səməd Vurğun Azərbaycan ədəbiyyatında yeni məktəb yaratmış fenomen şəxsiyyətlərdən biridir

Martın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi, görkəmli dramaturq və ictimai xadim, akademik Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdən öncə iştirakçılar şairin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Bu barədə “Tehsil365” ə institutdan məlumat verilib. Sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, tədbir dövlətimizin başçısının 2026-cı il 23 fevral tarixli Sərəncamına əsasən hazırlanan Tədbirlər Planı çərçivəsində təşkil edilib. Akademik qeyd edib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında yeni məktəb yaratmış fenomen şəxsiyyətlərdən biridir. Onun 1954-cü ildə Moskvada keçirilən SSRİ Yazıçılarının II Qurultayındakı geniş məruzəsi sənətkara verilən yüksək dəyərin göstəricisi idi.

İsa Həbibbəyli şairin təkcə bədii yaradıcılığına deyil, həm də elmi fəaliyyətinə diqqət çəkib. Bildirilib ki, Səməd Vurğun AMEA-nın 15 təsisçisindən biri olmaqla yanaşı, 1954-1956-cı illərdə Akademiyanın vitse-prezidenti vəzifəsində çalışıb. Həmin illərdə o, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasında mühüm rol oynayıb, Qobustan qayalarının mühafizəsini təmin edib, Nizami, M.F.Axundzadə və Sabir yaradıcılığına dair fundamental məqalələr yazıb.

“Səməd Vurğunun Qasım bəy Zakirin lirikası haqqında dissertasiyası və poeziyaya dair məruzələri elmi sanbalına görə doktorluq dissertasiyası səviyyəsindədir”, - deyə AMEA rəhbəri vurğulayıb. O, həmçinin şairin “Ədəbiyyat ideal qəhrəmansız ola bilər, amma idealsız ola bilməz” fikrini xatırladıb.

Elmi sessiya çərçivəsində Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tərəfindən hazırlanmış “Səməd Vurğun elektron bazası” təqdim olunub.

Daha sonra filologiya elmləri doktoru Vaqif Yusifli, professor Asif Rüstəmli, dosentlər Aslan Salmansoy, Aygün Bağırlı və İlham Məmmədli şairin irsi, dramaturgiyası, Gəncə dövrü yaradıcılığı və dördlükləri haqqında məruzələrlə çıxış ediblər. Məruzələrdə ilk dəfə üzə çıxarılan arxiv materialları və faktlar təqdim edilib.

Tədbirin sonunda Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilova professor Asif Rüstəmli tərəfindən arxivdən tapılmış yeni əlyazmanın surəti hədiyyə edilib. V.Vəkilov şairin xatirəsinə göstərilən yüksək ehtirama görə təşkilatçılara minnətdarlığını bildirib.

Zəhra Əliyeva

Xəbər Lenti

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir20.03.2026 - 09:20
Şuşada bayram namazı qılınıb20.03.2026 - 08:52
Sabah hava necə olacaq? 20.03.2026 - 08:40
Onlar Azərbaycanı finalda təmsil edəcəklər20.03.2026 - 08:29
Elm və təhsil naziri Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 08:17
Bu gün Azərbaycana yaz fəsli daxil olur 20.03.2026 - 08:07
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram - FOTOLAR20.03.2026 - 07:53
Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:45
Bayram günü hava necə olacaq?, 20.03.2026 - 07:32
Prezident Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:21
Azərbaycanda Ramazan bayramı qeyd edilir 20.03.2026 - 07:11
Texasda evdə təhsil alan şagirdlər ESA proqramına maraq göstərir20.03.2026 - 07:00
Texasda ibtidai sinif şagirdi bir milyondan çox söz oxuyaraq diqqət çəkib20.03.2026 - 06:36
Azərbaycanda Novruz bayramı qeyd olunur20.03.2026 - 06:18
AXC-nin sabiq səhiyyə naziri Abram Dastakyanın xatirəsi anılır20.03.2026 - 06:00
Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26