Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Novruzfest” adlı beynəlxalq düşərgə keçirilib. Beynəlxalq düşərgədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Əcnəbi tələbələrlə iş şöbəsinin tələbələri iştirak ediblər.
Bu barədə “Tehsil365” ə Pedaqoji Universitetdən məlumat verilb. Lahiyə 18-29 yaş aralığında olan yerli gəncləri və Azərbaycanda təhsil alan, Novruz bayramını qeyd edən ölkələrdən - Qazaxsıtan, Qırğızistan,Tacikstan, Türkmənistan,Özbəkistan,Gürcüstan, İran və İraqdan olan tələbələri, həmçinin Əfqanıstan, Türkiyə, Pakistan və Rusiyadan olan tələbələri bir araya gətirib. Düşərgə çərçivəsində iştirakçılar öz milli adət-ənənələrini, mərasim elementlərini, simvolları və milli geyim nümunələrini təqdim ediblər. Layihə Novruzu ortaq mədəni irs nümunəsi kimi təqdim etməyə, müxtəlif ölkələrdən olan tələbələr arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməyə, birlik, sülh və dostluq dəyərlərini təşviq etməyə yönəlib.

