Təhsilin əsas məqsədi şəxsiyyət yetişdirmək istiqamətində inkişaf edir və şəxsiyyət yetişdirməklə paralel bilik verməsi də qarşıya qoyulan məsələlərdən biridir.
Bu sözləri “Tehsil365” ə açıqlamasında Təhsil eksperti Elçin Əfəndi bildirib.
Təhsil eksperti bildirir ki, “Bizim üçün vacib olan istiqamət gələcək üçün yararlı şəxsiyyət yetişdirməkdir, biliyi inkişaf etməkdir. Ona görə də bütün təhsil müəssisələri təkcə bilik vermək istiqamətində deyil, eyni zamanda onun təlim və tərbiyəsində də iştirak etməlidir. Orada təhsil alan hər bir şagirdin inkişaf edib şəxsiyyət kimi yetişdirilməsində rol oynayır.”

