Təhsil 365 - Logo Mobile

Elm və təhsil: müasir çağırışlar - seminar

7319.03.2026 - 17:24
Elm və təhsil: müasir çağırışlar - seminar

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Elm və təhsil: müasir çağırışlar” mövzusunda elmi seminar keçirilib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi tələbələrin elmə marağının artırılması və müasir dövrdə təhsil sisteminin inkişaf istiqamətlərinin müzakirəsi olub.

Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev çıxışında ali təhsildə aparılan islahatların əhəmiyyətindən və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının vacibliyindən bəhs edib. O, geologiya sahəsində təhsilin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar üzərində qurulmasının zəruriliyini vurğulayıb.

Hüquq elmləri doktoru, professor Zahid Cəfərov elm və təhsil sahəsində hüquqi çərçivə, akademik etik qaydalar və hüquqi savadlılığın əhəmiyyəti barədə danışıb. O, akademik dürüstlük və şəffaflığın qorunmasının vacibliyini xüsusi qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlət gənclər siyasəti və gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Elnarə Akimova çıxışında elm və təhsilin strateji əhəmiyyətindən danışaraq innovasiya, rəqəmsallaşma və süni intellektin inkişafının vacibliyini qeyd edib. O, gəncləri daim öz üzərində işləməyə və qlobal rəqabətə hazır mütəxəssislər kimi formalaşmağa çağırıb.

Kafedra müdiri professor Nazim İmamverdiyev geologiya elminin fundamental əsasları və Yer tarixinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib. O, tələbələri analitik düşünməyə və elmi yanaşmanı mənimsəməyə çağırıb.

Sonda akademik Vasif Babazadə faydalı qazıntıların kəşfiyyatı və mineral ehtiyatların səmərəli istifadəsi barədə danışıb. O, bu sahədə müasir texnologiyaların tətbiqinin və ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26
Şəkidə Novruz şənliyi - Milli adət-ənənələr gənc nəslə təbliğ olunur19.03.2026 - 18:22
Həkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır19.03.2026 - 18:20
Bahar fəsli Kürdəmirdə coşqu ilə qarşılanır: Novruz tonqalı qalandı19.03.2026 - 18:17
Gənc yaşda yaddaş problemlərinin gizli səbəbləri19.03.2026 - 18:15
Novruz bayramı Aberdində qeyd olunur19.03.2026 - 18:11
Tələbə yataqxanaları ilə bağlı konkret təkliflər təqdim ediləcək - Nicat Məmmədli19.03.2026 - 18:10
“Baharın rəngləri”ndə uşaqlar çıxış ediblər19.03.2026 - 18:06
Şagirdlərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici sessiya keçirilib19.03.2026 - 18:05
Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına uşaq qayğı mərkəzlərinin rolu haqqında məlumat verilib19.03.2026 - 18:02
“Texniki fənlər mənim üçün daha rahatdır” – Nizami rayon Zəngi lisey şagirdi Heybət Əzizli ilə müsahibə19.03.2026 - 17:55
Akademik saxtakarlığa qarşı qaydalar sərtləşdirilir19.03.2026 - 17:55
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert19.03.2026 - 17:54
Tarixi səhnədə Novruz: Romada Azərbaycan mədəniyyətinin ecazkar təqdimatı19.03.2026 - 17:48
Profilə uyğun olmayan yazılarda müəllifliyə icazə verilməyəcək – Yeni qayda 19.03.2026 - 17:45
İndoneziyanın Atma Jaya Universitetində təqaüdlə təhsil imkanı19.03.2026 - 17:44
Bayram tətilindən sonra ilk dərs günü tarixləri açıqlanıb19.03.2026 - 17:38
Elmi mühitdə etik qaydalara nəzarət artırılır19.03.2026 - 17:35
BDU-da təlim: “Web of Science” platformasında tədqiqat analitikası19.03.2026 - 17:33
Azərbaycan Dillər Universitetinin tələbəsi Əhmədzadə Ebru jurnalistika haqqında danışdı19.03.2026 - 17:31
DİM buraxılış imtahanları iştirakçıları arasında sorğu aparır19.03.2026 - 17:29
Böyük Bəhmənli kənd məktəbində “Kimya gecəsi” təşkil olunub19.03.2026 - 17:25
UNEC-də tələbələrin iştirakı ilə Novruz bayramı qeyd olunub19.03.2026 - 17:18