İndoneziya Respublikasının Atma Jaya Universiteti 2026–2027-ci tədris ili üzrə xarici tələbələr üçün “İnkişaf etməkdə olan ölkələrin tərəfdaşlığı təqaüdü” proqramını elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365"ə bildirilib ki, proqram çərçivəsində müxtəlif ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində təhsil almaq imkanı yaradılır.
Təqaüd proqramına müraciətlər martın 31-idək davam edəcək. Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı buradan əldə etmək mümkündür.

