İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən xalqımızın ən qədim və zəngin bayramlarından biri olan Novruz bayramı münasibətilə “Odlar Yurdunun Ritmləri” adlı konsert proqramı təşkil olunub.
Bu barədə “Tehsil365"ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Mədəniyyət Nazirliyi və İtaliyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir Romada tarixi-mədəni əhəmiyyəti ilə seçilən Torlonia Teatrında baş tutub.
Səfir Rəşad Aslanov Novruz bayramının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu ənənənin milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını bildirib. Novruzun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olduğu və BMT təqvimində martın 21-nin Beynəlxalq Novruz Günü kimi təsdiqləndiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə və Romada təhsil alan azərbaycanlı tələbə Rauf Cabbarov Azərbaycan və italyan dillərində təqdimatlar edərək, Novruz ənənələrindən, tədbirin əhəmiyyətindən danışıb, iştirakçı musiqiçilər və rəqqaslar barədə məlumat veriblər.
Tədbir bədii hissə ilə davam edib.

