“Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı maarifləndirmə sessiyası keçirilib.
"Tehsil365" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil olunan infosessiyada proqramın məzun maarifçiləri, hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fəaliyyət göstərən Aytən Ağasıyeva, Nurcahan Məmmədova və Məsumə Əliyeva tələbələrə proqramın məqsədi, qeydiyyat prosesi və iştirak imkanları barədə ümumi məlumat veriblər.
Sessiyada tələbələrin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat linki 11 mart tarixindən etibarən aktivdir.
Qeydiyyat linki: https://anket.edu.az/user/309
Məlumat üçün bildirək ki, Naxçıvanda tələbələr bu il artıq 3-cü dəfə “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaq imkanı əldə edəcəklər.

