Füzuli rayonu Böyük Bəhmənli kəndi Ehtiram Piriyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən “Kimya gecəsi” təşkil olunub.
"Tehsil365" xəbər verir ki, tədbir çərçivəsində işğal dövründə tapdaq altında qalan torpaqlarımızın faydalı qazıntıları, görkəmli kimyaçı alimlər və kimya elminin inkişaf tarixi barədə videoçarxlar nümayiş etdirilib, şagirdlərin hazırladıqları bədii kompozisiyalar təqdim olunub.
Tədbirin davamında şagirdlər tərəfindən maraqlı kimyəvi təcrübələr nümayiş etdirilib.

