Respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işləri həyata keçiriləcək.
“Tehsil365“ xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq prosedura start verib.
Belə ki, bir sıra şəhər və rayonlarda sözügedən prosesin həyata keçirilməsi üçün xərclənəcək ilkin ehtimal olunan məbləğ 6 milyon 420 min 890 manatdır.

