Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
“Tehsil365” xəbər verir ki, DİM-dən verilən məlumata görə, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.
Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz

