Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində İRƏLİ İctimai Birliyinin təşkilatçılığı, Təhsil İnstitutu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə yeni layihə başlayıb.
"Tehsil365" xəbər verir ki, “Öyrənmək üçün oyna” layihəsi məktəblərdə oyun əsaslı öyrənmə metodları ilə şagirdləri dərs prosesinə aktiv şəkildə cəlb etməyi, oxu-anlama bacarıqlarını artırmağı və məktəblərdə “Play to Learn” liderlik ənənəsini yaratmağı hədəfləyir.
Layihə çərçivəsində müxtəlif məktəblərdən artıq seçilmiş 25 müəllim üçün intensiv 5 günlük təlim-düşərgə, onlayn dəstək və fənlərinə uyğun oyun əsaslı dərs modellərinin hazırlanması nəzərdə tutulub.
Layihənin davamında həmin müəllimlər 200–400 şagirdi “Play to Learn” dərsləri və klub formatında proqramlara cəlb edəcək. Dərslər həftəlik məşğələ və klub fəaliyyəti əsasında qurulacaq. Layihənin bu mərhələsində şagirdlərin oxuyub-anlama bacarıqları əvvəl və sonra testləri ilə ölçüləcək, aylıq sorğular vasitəsilə motivasiya səviyyəsindəki dəyişikliklər izləniləcək

