10-cu sinif şagirdi Heybət Əzizli qəbul imtahanına hazırlaşdığı üçün boş vaxtı az olsa da, sosial şəbəkələrdə istirahət edir. Məktəbin gələcək bacarıqlar üçün nə qədər faydalı olduğunu və sevdiyi fənnləri bizimlə bölüşüb.
“Tehsil365”ə müsahibəsində sözləri:
“Hazırda 11-ci sinif qəbul imtahanına hazırlaşdığımdan çox boş vaxtım yoxdur. Qalan vaxtımı əsasən sosial şəbəkələrdə – YouTube, Instagram və TikTok-da istirahət üçün istifadə edirəm. Məktəbdə öyrədilən biliklərin çoxu gələcəkdə ixtisasım üçün faydalıdır, amma texnologiya dərsləri zəif keçirilir və arxa planda qalır. Texniki fənləri öyrənmək mənə daha rahatdır, humanitar fənlər isə çox əzbərləmək tələb etdiyindən yorucudur.”
—Hazırda hansı məktəbdə oxuyursunuz və ən çox hansı fənni sevirsiniz?
Mən Nizami rayonundakı Zəngi liseyində oxuyuram. Ən çox texniki fənləri sevirəm, çünki onları öyrənmək mənə daha rahatdır və məntiqi düşüncəyə əsaslanır. Humanitar fənlər isə çox əzbərləmək tələb etdiyi üçün mənim üçün yorucudur və onları o qədər sevmirəm.
—Məktəb sizə gələcəkdə lazım olacaq bacarıqları öyrədir?
Məktəb bəzi faydalı biliklər verir, amma çoxu universitet və ixtisas üzrə lazım olan biliklərdir. Xüsusilə texnologiya dərsləri zəif keçir və arxa planda qalır. Həyatda ən çox istifadə edəcəyimiz biliklər ixtisasımızla bağlı olur.

