Təhsil 365 - Logo Mobile

Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı

7719.03.2026 - 19:12
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı

Müasir dövrdə təhsil sistemində baş verən dəyişikliklər şagirdlərin düşüncə tərzinə və dünyagörüşünə də təsirsiz ötüşmür. Xüsusilə ədəbiyyat fənninin rolu bu kontekstdə daha çox müzakirə olunur.

Mövzu ilə bağlı tanınmış yazar İradə Aytel “Tehsil365"ə açıqlama verib.

Yazar bildirib ki, müasir təhsil sistemi əvvəlki dövrlərlə müqayisədə ciddi dəyişikliklərə məruz qalıb: “Əvvəllər orta məktəblərdə bütün fənlər eyni səviyyədə tədris olunur, şagirdlərdən hər bir fənn üzrə hazırlıq tələb edilirdi. Bu isə onların çoxcəhətli düşüncə tərzinin formalaşmasına şərait yaradırdı. Hazırkı sistem isə daha çox ixtisaslaşmaya yönəlib və şagirdlər yalnız gələcək peşələrinə uyğun fənlərə üstünlük verirlər.”

Onun sözlərinə görə, bu yanaşma müəyyən mənfi nəticələrə səbəb olur: “Digər fənlərə marağın azalması, xüsusilə humanitar sahələrə laqeyd yanaşma şagirdin estetik və emosional inkişafına mənfi təsir göstərir.”

Yazar qeyd edib ki, bu tendensiya artıq real məktəb mühitində də özünü göstərir: “Bəzən şagirdlər müəyyən fənləri lazımsız hesab edirlər. Məsələn, gələcəkdə həkim olmaq istəyən bir şagirdin rəsm dərsinə ehtiyac duymadığını düşünməsi bu yanaşmanın nəticəsidir.”

Mütəxəssis vurğulayıb ki, əslində hər bir fənn şagirdin bütöv dünyagörüşünün formalaşmasına xidmət edir: “Ədəbiyyat dərsləri şagirdlərə sevgi, qəhrəmanlıq, humanizm kimi ali dəyərləri aşılayır. Bu dəyərlərlə tanış olmayan şagirdin emosional və mənəvi inkişafı natamam qala bilər.”

Yazar əlavə edib ki, müasir dövrdə texnologiyanın təsiri ilə ünsiyyət problemləri artmaqdadır: “Belə bir şəraitdə ədəbiyyat dərslərinin rolunu azaltmaq bu problemləri daha da dərinləşdirə bilər.”

Sonda o qeyd edib ki, ədəbiyyat fənni yalnız bilik verməklə kifayətlənmir: “Ədəbiyyat dərsləri şagirdin emosional zənginliyini, analitik düşüncə qabiliyyətini və humanist dünyagörüşünü formalaşdırır. Bu baxımdan onun keyfiyyətli tədrisi cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.”

Nərmin Mustafayeva

Xəbər Lenti

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir20.03.2026 - 09:20
Şuşada bayram namazı qılınıb20.03.2026 - 08:52
Sabah hava necə olacaq? 20.03.2026 - 08:40
Onlar Azərbaycanı finalda təmsil edəcəklər20.03.2026 - 08:29
Elm və təhsil naziri Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 08:17
Bu gün Azərbaycana yaz fəsli daxil olur 20.03.2026 - 08:07
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram - FOTOLAR20.03.2026 - 07:53
Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:45
Bayram günü hava necə olacaq?, 20.03.2026 - 07:32
Prezident Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:21
Azərbaycanda Ramazan bayramı qeyd edilir 20.03.2026 - 07:11
Texasda evdə təhsil alan şagirdlər ESA proqramına maraq göstərir20.03.2026 - 07:00
Texasda ibtidai sinif şagirdi bir milyondan çox söz oxuyaraq diqqət çəkib20.03.2026 - 06:36
Azərbaycanda Novruz bayramı qeyd olunur20.03.2026 - 06:18
AXC-nin sabiq səhiyyə naziri Abram Dastakyanın xatirəsi anılır20.03.2026 - 06:00
Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26