Təhsil 365 - Logo Mobile

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq

9619.03.2026 - 19:27
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə dövlət qulluğunda vahid və sabit əməkhaqqı sisteminə keçid təmin ediləcək.

“Tehsil365” xəbər verir ki, bunu "Report"a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O, xatırladıb ki, indiyə qədər dövlət qulluqçularının məvacibinin tərkibi bir neçə hissədən ibarət olurdu:

"Məvacib əməkhaqqı, əməkhaqqına əlavələr və mükafatlardan ibarət olurdu. Əlavələr özü də müxtəlif idi: təcrübəyə görə əlavələr, dövlət səlahiyyətlərinə məxsus qulluqçulara əlavələr və s. mövcud idi. Lakin bu əlavələri hər kəs ala bilmirdi. Çünki təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdilər. İndi mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Yəni, qəbul olunmuş qanuna əsasən vahid və sabit əməkhaqqı sisteminə keçid baş verəcək".

Sahib Məmmədovun fikrincə, islahat nəticəsində artıq dövlət qulluqçusu əvvəlcədən biləcək ki, fiks olunmuş əməkhaqqı alacaq:

"Bu, Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, hətta qonşu Gürcüstanda tətbiq olunan üsuldur. Bu baxımdan Azərbaycanda da belə bir islahat aparılır. Mənim qənaətimcə, nəticə etibarilə, əvvəlki sistemdə əlavələri almayan dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərdə də əməkhaqqı artımı olacaq. Bu, onlar üçün bir stimullaşdırıcı məqamdır".

O, qeyd edib ki, beynəlxalq təcrübədə belə düşünülür ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür:

"Belə ki, işçi əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda risk edib, korrupsiya hüquqpozmalarına yol vermir. Həmçinin, dövlət orqanlarının rəhbərlərinin də sui-istifadə, ayrı-seçkilik halları üçün imkanı olmur, çünki fiks olunmuş əməkhaqqı ödənilməlidir".

Dəyişikliklərin proqnozlaşdırıla bilən maliyyə xərcləmələrinə gətirib çıxaracağını deyən S. Məmmədovun sözlərinə görə, artıq dövlət orqanları əvvəlcədən nə qədər işçi olduğunu və onların nə qədər əməkhaqqı aldığını bilirlər:

"Bu, vacib elementlərdən biridir. Ümumiyyətlə, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər dövlət idarəetmə sistemində hazırda bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir. Sadəcə, son dəyişiklik yalnız əməkhaqqını əhatə edir. Hesab edirəm ki, bu, optimallaşmaya xidmət edir, müsbət nəticələr verəcək. Dövlət qulluqçularının özləri üçün sərfəli olmaqla bərabər, dövlətin idarəetmə sisteminin asanlaşmasına da xidmət edir".

Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək21.08.2026 - 10:10
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00
Sabaha olan hava proqnozu21.08.2026 - 08:05
MDU rektorundan abituriyentlərə müraciət21.08.2026 - 08:00
Alimlər Günəş tutulmasının insan beyninə təsirini araşdırdılar21.08.2026 - 07:25
Alimlər kainatın ən sürətli ulduzunu aşkarladılar21.08.2026 - 07:20
25 mindən çox abituriyent tələbə ola bilməyəcək21.08.2026 - 07:15
Şagirdlərin DİQQƏTİNƏ: Lisey və gimnaziyalara sənəd qəbulu başladı21.08.2026 - 07:10
Təmayül tədris modelinə keçid: Növbəti mərhələ başa çatdı21.08.2026 - 07:05
Rayonlardakı faktiki hava21.08.2026 - 07:00
Yeni tədris ilinə hazırlıq müzakirə olunub21.08.2026 - 06:55
61% azərbaycanlı tələbə Britaniyanı seçir21.08.2026 - 06:50
Dövlət qulluğu imtahanına qeydiyyat21.08.2026 - 06:45
Şagird və müəllimlərin sosial şəbəkələrdən istifadəsinə QADAĞA21.08.2026 - 06:40
V qrupu seçənlərin DİQQƏTİNƏ – Qəbul şansı daha yüksək olan universitetlər21.08.2026 - 06:35
Əziz Əliyevin 130 illiyi qeyd olunacaq – SƏRƏNCAM21.08.2026 - 06:30
V qrupda qəbul necə həyata keçirilir? – DİM21.08.2026 - 06:25
Ali məktəblərin akreditasiyasında YENİ SİSTEM21.08.2026 - 06:20
Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür – TARİX21.08.2026 - 06:15
Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq tədbir keçiriləcək21.08.2026 - 06:10
Tələbələr üçün YENİLİK: Dərslər virtual laboratoriyalarda keçiriləcək21.08.2026 - 06:05
Alimlərdən qeyri-adi ulduz kəşfi21.08.2026 - 06:00
BMU komandası Silikon Vadisində keçirilən beynəlxalq festivalda gümüş medala layiq görülüb21.08.2026 - 05:58
Universitet diplomları yerini rəqəmsal sertifikatlara verir21.08.2026 - 05:48
Şagirdlərin elektron yerdəyişməsi başlayıb21.08.2026 - 05:41
Bu 3 təhsil müəssisəsində turizm təhsili YENİLƏNİR - İnfrastruktur gücləndiriləcək21.08.2026 - 05:32
Günün havası - 36 dərəcə isti, külək...21.08.2026 - 05:24