"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib.
"Tehsil365" xəbər verir ki, tədbir Xəzər Rayon İcra Hakimiyyətinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə şəhid ailələri, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şənlik mərasimində xalçaçılıq, dulusçuluq, dəmirçilik emalatxanalarının və milli mətbəx nümunələri nümayiş olunub.
Daha sonra bayram şənliyi konsert proqramı ilə sona çatıb.

