Təhsil 365 - Logo Mobile

Gəncədə simfonik orkestrin konserti keçirilib

7419.03.2026 - 19:55
Gəncədə simfonik orkestrin konserti keçirilib


Mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.

"Tehsil365" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Layihə çərçivəsində martın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə Gəncədə konsert keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində gerçəkləşən konsertdə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Vasif Adıgözəlovun "Çanaqqala–1915" oratoriyası təqdim olunub.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə ifa olunan əsər dinləyicilərə unudulmaz təəssürat yaşadıb. Xor kollektivi isə Xalq artisti, baş xormeyster Gülbacı İmanovanın rəhbərliyi altında ahəngdar və təsirli çıxışı ilə seçilib.

Konsertdə tanınmış vokalçılar Samir Cəfərov, Mahir Tağızadə, Selcan Fermor-Hesketh, Günel Əsədova, həmçinin şair Rüstəm Behrudi iştirak ediblər.

Dərin emosional təsir gücünə malik oratoriya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Oratoriya qəhrəmanlıq, vətən sevgisi və milli birlik ideyalarını musiqi dili ilə parlaq şəkildə əks etdirib.

Xatırladaq ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Professor Lalə Əlizadə dünyasını dəyişdi21.03.2026 - 10:40
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir20.03.2026 - 09:20
Şuşada bayram namazı qılınıb20.03.2026 - 08:52
Sabah hava necə olacaq? 20.03.2026 - 08:40
Onlar Azərbaycanı finalda təmsil edəcəklər20.03.2026 - 08:29
Elm və təhsil naziri Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 08:17
Bu gün Azərbaycana yaz fəsli daxil olur 20.03.2026 - 08:07
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram - FOTOLAR20.03.2026 - 07:53
Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:45
Bayram günü hava necə olacaq?, 20.03.2026 - 07:32
Prezident Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:21
Azərbaycanda Ramazan bayramı qeyd edilir 20.03.2026 - 07:11
Texasda evdə təhsil alan şagirdlər ESA proqramına maraq göstərir20.03.2026 - 07:00
Texasda ibtidai sinif şagirdi bir milyondan çox söz oxuyaraq diqqət çəkib20.03.2026 - 06:36
Azərbaycanda Novruz bayramı qeyd olunur20.03.2026 - 06:18
AXC-nin sabiq səhiyyə naziri Abram Dastakyanın xatirəsi anılır20.03.2026 - 06:00
Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32