Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri olan Oruc Əhmədovun xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, Oruc Əhmədov 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. Uşaqlıq illərindən aşıq sənətinə böyük maraq göstərən sənətkar saz-söz mühitində yetişərək zamanla ustad aşıqlardan biri kimi tanınıb. O, klassik aşıq ənənələrini yaşadaraq el şənliklərində, məclislərdə və müxtəlif tədbirlərdə çıxışları ilə dinləyicilərin rəğbətini qazanıb.
Yaradıcılığı boyunca aşıq poeziyasının zəngin ənənələrini davam etdirən Oruc Əhmədov öz ustalığı, ifa tərzi və şeirləri ilə saz sənətinin inkişafına töhfə verib. Sənət sahəsindəki xidmətlərinə görə ona əməkdar mədəniyyət işçisi fəxri adı verilib.
Ömrünün son illərini Gədəbəy rayonunun Zəhmətkənd kəndində keçirən sənətkar 1976-cı ildə vəfat edib.
Bu gün də ustad aşığın xatirəsi aşıq sənətinin davamçıları və sənətsevərlər tərəfindən hörmətlə anılır.

