ABŞ-ın Texas ştatında təhsil siyasəti ilə bağlı yeni müzakirələr gündəmdədir.
“Tehsil365” xəbər verir ki, evdə təhsil alan şagirdlərin əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilən təhsil imkanlarından yararlanmaq istəyir.
Evdə təhsil alan uşaqların təxminən 75 faizi imkan yaradılacağı təqdirdə ESA (Education Savings Account) proqramına qoşulmaq niyyətindədir. Bu proqram valideynlərə dövlət vəsaitlərini övladlarının təhsil xərclərinə yönəltmək imkanı verir.
Lakin mövcud vəziyyətdə Texas ştatında ESA təşəbbüslərinin daha çox özəl məktəblərdə oxuyan şagirdlər üçün əlçatan olduğu bildirilir. Bu isə evdə təhsil alan ailələr arasında narazılıq yaradır. Valideynlər hesab edir ki, dövlət dəstəyi bütün təhsil formalarına bərabər şəkildə tətbiq olunmalıdır.
Təhsil üzrə mütəxəssislər bildirirlər ki, ESA proqramlarının genişləndirilməsi valideynlərə daha çox seçim azadlığı verə bilər. Eyni zamanda, bu yanaşma fərdi təhsil modelini seçən ailələrin maliyyə yükünü azaltmağa kömək edə bilər.
Məsələ ilə bağlı müzakirələrin davam etdiyi qeyd olunur və yaxın gələcəkdə Texas qanunvericiliyində dəyişikliklərin mümkünlüyü istisna edilmir.

