Təhsil 365 - Logo Mobile

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir

7220.03.2026 - 09:20
PMS imtahanının I mərhələsi üzrə qeydiyyat davam edir

İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 10:00 və 16:00-da başlayacaq. Bakı şəhərində hər növbə üzrə 760 yer, Naxçıvan şəhərində hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 16 mart saat 16:00-dan 5 aprel saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

Bu barədə “Tehsil365"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 10:00-da başlayacaq); 

2. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 19 iyun 2025-ci il tarixli 183 nömrəli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər. 

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının ( ACA/ICAEW - Chartered Accountant Qualification ) sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”. 

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti. 

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir. 

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini imtahan tarixinə 3-4 gün qalmış DİM-in saytından çap etmək mümkün olacaq.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.

Aydan Ələkbərova

Xəbər Lenti

Şuşada bayram namazı qılınıb20.03.2026 - 08:52
Sabah hava necə olacaq? 20.03.2026 - 08:40
Onlar Azərbaycanı finalda təmsil edəcəklər20.03.2026 - 08:29
Elm və təhsil naziri Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 08:17
Bu gün Azərbaycana yaz fəsli daxil olur 20.03.2026 - 08:07
"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram - FOTOLAR20.03.2026 - 07:53
Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:45
Bayram günü hava necə olacaq?, 20.03.2026 - 07:32
Prezident Ramazan bayramı ilə bağlı paylaşım edib - FOTO20.03.2026 - 07:21
Azərbaycanda Ramazan bayramı qeyd edilir 20.03.2026 - 07:11
Texasda evdə təhsil alan şagirdlər ESA proqramına maraq göstərir20.03.2026 - 07:00
Texasda ibtidai sinif şagirdi bir milyondan çox söz oxuyaraq diqqət çəkib20.03.2026 - 06:36
Azərbaycanda Novruz bayramı qeyd olunur20.03.2026 - 06:18
AXC-nin sabiq səhiyyə naziri Abram Dastakyanın xatirəsi anılır20.03.2026 - 06:00
Xalq artisti Valeh Kərimovun doğum günüdür20.03.2026 - 05:42
Bahar Muradovanın doğum günüdür20.03.2026 - 05:24
Ustad aşıq Oruc Əhmədovun xatirəsi anılır20.03.2026 - 05:06
Görkəmli rejissor Ağəli Dadaşovun doğum günüdür20.03.2026 - 04:54
Akademik Faiq Bağırzadənin xatirəsi anılır20.03.2026 - 04:36
Azərbaycan estrada səhnəsinin tanınmış simalarından biri olan Arzu Rzayev sənət fəaliyyəti ilə həm musiqi, həm də aktyorluq sahəsində özünəməxsus yer tutub20.03.2026 - 04:36
Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəfər Cabbarlının doğum günü20.03.2026 - 04:18
Azərbaycan opera sənətinin banilərindən biri – Hüseynqulu Sarabski20.03.2026 - 04:00
Gəncədə simfonik orkestrin konserti keçirilib19.03.2026 - 19:55
Balakəndə alovlanan Novruz tonqalı: Azsaylı xalqların birlik və bərabərlik rəmzi19.03.2026 - 19:48
Şuşada bahar təravətli bayram konserti19.03.2026 - 19:45
WUF13 çərçivəsində 600-dən çox ağac əkilib19.03.2026 - 19:42
İdman Akademiyasının tələbələri Bakıdakı avarçəkmə bazasında19.03.2026 - 19:38
"Qala" qoruğunda "Novruz Qalası" adlı bayram şənliyi keçirilib19.03.2026 - 19:33
Şuşada Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı keçirilib19.03.2026 - 19:30
Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq19.03.2026 - 19:27
Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?19.03.2026 - 19:24
Şagirdlərin obrazlarla empatiya qurması onların psixologiyasına necə təsir edir? – Psixoloq açıqladı19.03.2026 - 19:18
Ədəbiyyat dərslərinin rolu və şagirdlərin inkişafı – Yazarla müsahibə19.03.2026 - 19:15
Ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir? – Yazar açıqladı19.03.2026 - 19:12
İngilis dili tədrisində əsas problemlər – Müəllimə açıqladı19.03.2026 - 19:08
Azərbaycan dili fənnində mövcud problemlər – Müəllimə ilə müsahibə19.03.2026 - 19:05
Şeir və gənclərin emosional inkişafı – Şairlə müsahibə19.03.2026 - 19:02
Şirin qidaların azaldılması sağlamlığa təsir etmir 19.03.2026 - 18:56
Bəzi rayonlarda külək güclənəcək19.03.2026 - 18:54
Daxili müsahibələrin keçirilmə qrafiki açıqlanıb19.03.2026 - 18:48
Bakı İllüziya Muzeyi - reallıqla illüziyanın kəsişdiyi məkan19.03.2026 - 18:45
Yazın Azərbaycana daxilolma vaxtı AÇIQLANDI19.03.2026 - 18:44
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Gürcüstan səfirliyində başsağlığı veriblər19.03.2026 - 18:40
11 yaşlı uşaq kənd təsərrüfatı qəzasında həyatını itirdi19.03.2026 - 18:38
Wi-Fi-ni hakerlərdən qorumaq üçün 10 dəqiqəlik prosedur19.03.2026 - 18:35
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU19.03.2026 - 18:32
Prezident Ramazan bayramı münasibətilə xalqı təbrik edib19.03.2026 - 18:26