Professor Lalə Əlizadə vəfat edib.
Bu barədə “Tehsil365”ə açıqlamasında filologiya elmləri doktoru, nizamişünas və füzulişünas alim Əzizağa Nəcəfzadə məlumat verib.
Əzizağa Nəcəfzadə bildirib: “Xalqımızın görkəmli alim xanımı, klassik ədəbiyyatımızın dərin bilicisi, Füzuli aşiqi, elm və təhsil fədaisi, “Füzulinin qızı” adı ilə tanınan, filologiya elmləri doktoru, professor Lalə İkram qızı Əlizadə 20 mart 2026-cı il tarixində, saat 23:50-də vəfat etdi. Novruz bayramını onu sevənlər üçün anım gününə çevirdi. Allah rəhmət eləsin, ruhu şad olsun”.

