Onların fikrincə, bu fənlərin əvəzinə uşaqlar daha çox riyaziyyat, fizika, kimya və Azərbaycan dili kimi fənlərə yönləndirilsə, ali təhsil müəssisəsinə qəbul imtahanlarında daha yaxşı nəticə əldə edə bilərlər.
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, Azərbaycanda valideynlər çox vaxt musiqi, idman və təsviri incəsənət fənlərinə ikinci dərəcəli münasibət göstərirlər.
“Valideynlər hesab edirlər ki, bu fənlər uşaqların gələcək ali təhsil nəticələrinə təsir etmir. Amma erkən yaşda musiqi, idman və incəsənət fənlərinin öyrədilməməsi şəxsiyyətin inkişafında boşluq yarada bilər. Çünki bu fənlər gizli istedadların üzə çıxarılması üçün mütləqdir. Sosial bacarıqları inkişaf etdirir, fiziki sağlamlığı möhkəmləndirir, yazılı və tənqidi düşüncəni artırır. Bundan əlavə, emosional inkişaf üçün musiqi və incəsənətin rolu danılmazdır,” – deyə Məmmədli vurğulayıb.
Ekspert əlavə edib ki, bu fənlərə “dırnaq arası” yanaşmaq doğru deyil: “Əgər bu fənlər dərslik proqramında nəzərdə tutulduğu qədər tədris olunsa, şagirdlər həm sosial, həm fiziki, həm də emosional baxımdan daha balanslı inkişaf edərlər. Ona görə də musiqi, idman və incəsənət fənləri tədris prosesində öz layiqli yerini tutmalıdır.”

