Martın 23- də saat 23:45-də Xəzər TV-də ilk dəfə “Borc” komediya filminin nümayişi olacaq.
“Tehsil365" xəbər verir ki, ekran işi Cahan Azərinin ssenarisi əsasında çəkilib. Filmin ssenari müəllifləri Cahan Azəri, Firudin Məhərrəmli, quruluşçu rejissoru Elçin Məmiyevdir. Rollarda Mələk Abbaszadə, Elxan Yunis, Natiq Feyzullayev, Elxan Quliyev və başqaları çəkiliblər.

