“IV “Maarifçi” Tələbə-məzun proqramına qeydiyyat müddətinin martın 31-dək müəyyən edilməsi isə tələbə və məzunların tətil günlərində asudə vaxtlarından istifadə edərək rahat şəkildə müraciət edə bilmələrinə şərait yaratmaq məqsədi daşıyır”.
“Tehsil365“ xəbər verir ki,bu barədə "Maarifçi" tələbə-məzun təcrübə proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva deyib.
Onun sözlərinə görə, qeydiyyat prosesi ümumilikdə kifayət qədər sadə təşkil olunub və ciddi çətinliklər müşahidə edilmir. Müraciət edənlər daha çox CV sənədinin yüklənməsi və ixtisaslarına uyğun təcrübə sahəsinin seçilməsi ilə bağlı suallarla müraciət edirlər. Həm sosial media kanalları, həm də rəsmi müraciət portalı üzərindən daxil olan bütün sorğular operativ şəkildə cavablandırılır.
“Maarifçi” qeydiyyat prosesi kifayət qədər sadə təşkil olunub - Tünzalə Vəliyeva
9323.03.2026 - 16:00

