Təhsil 365 - Logo Mobile

Psixoloq Aytən Ələkbərova: “Depressiya ilə adi əhval pozuntusu fərqli anlayışlardır”

11023.03.2026 - 17:00
Psixoloq Aytən Ələkbərova: “Depressiya ilə adi əhval pozuntusu fərqli anlayışlardır”

Psixoloq Aytən Ələkbərova depressiya ilə adi pis əhvalın fərqlərindən danışıb. O bildirib ki, uzunmüddətli əhval dəyişiklikləri, səbəbsiz narahatlıq və fiziki simptomlar artıq depressiyanın göstəricisi ola bilər.

Psixoloq Aytən Ələkbərova “Tehsil365”ə açıqlamasında bildirib ki, depressiya ilə sadə əhval pozuntusunu fərqləndirmək üçün insanın vəziyyətini müəyyən müddət müşahidə etmək vacibdir:

“Depressiyada olan insanın vəziyyəti bir neçə günlə məhdudlaşmır. İnsan özündə günbəgün əhval dəyişikliklərini, halsızlığı və əvvəllər maraq göstərdiyi şeylərə qarşı maraqsızlığı hiss edir. Bu hal davamlı xarakter daşıyır.

Belə hallarda yuxu rejimi də pozulur. Bəzən insan gecələr yatmır, bəzən isə əksinə, həddindən artıq yuxulu olur. Elə vəziyyət yaranır ki, insan gecə ilə gündüzü ayırd edə bilmir, passiv və hərəkətsiz hala düşür.

Adi əhval pozuntusunda isə səbəb adətən bəlli olur. İnsan baş verən konkret bir hadisədən sonra əhvalının pisləşdiyini anlayır. Bu zaman o, niyə kədərləndiyini və ya ağladığını bilir.

Amma depressiyada bu fərqlidir. Bəzən insan nə üçün özünü pis hiss etdiyini izah edə bilmir. Ətrafdakılar bunu hər zaman düzgün anlamır və müxtəlif ehtimallar irəli sürürlər. Halbuki insanın yaşadığı vəziyyət daha dərin psixoloji proseslərlə bağlı olur.

Bəzi hallarda insanın özünə qarşı etdiyi, qəbul etmədiyi davranışlar və ya daxili konfliktlər də əhvalın pisləşməsinə səbəb olur. Bu vəziyyətin öhdəsindən gəlinmədikdə isə zamanla depressiyaya çevrilə bilər.

Digər tərəfdən, mövsümi depressiyalar da mövcuddur. Bu hallar çox vaxt xroniki yorğunluq nəticəsində yaranır. Bu zaman artıq yalnız psixoloji deyil, həm də bioloji dəyişikliklər özünü göstərir.

İştah pozğunluğu, ürəkbulanma, başgicəllənmə, səbəbli və ya səbəbsiz ağlama halları müşahidə olunur. Əsas fərq isə odur ki, insan bəzən niyə ağladığını belə anlamır.”

Fatimə Cəfərzadə

Xəbər Lenti

Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari23.03.2026 - 19:54
Sabah Azərbaycanda 23 dərəcə isti olacaq23.03.2026 - 19:44
Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi23.03.2026 - 19:36
Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib23.03.2026 - 19:30
“Erkən yaşda telefon və planşet istifadəsi uşağın inkişafına necə təsir edir?” – Məktəbəqədər təhsil eksperti açıqladı23.03.2026 - 19:22
Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır23.03.2026 - 19:15
İranda hücumların acı nəticələri: 210 uşaq həyatını itirib, 1510-u yaralanıb23.03.2026 - 19:08
Şagirdlər 17 gün də evdə olacaq - SƏBƏB23.03.2026 - 19:04
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir23.03.2026 - 19:00
Sosial şəbəkələr və texnologiya tələbələrin diqqətinə və dərsə marağına necə təsir edir? 23.03.2026 - 18:56
Rusiyada bu müəllİflərin kitablarına xüsusi etiket vurulacaq23.03.2026 - 18:55
Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar23.03.2026 - 18:51
Azərbaycanda ən dəqiq vaxt buradadır23.03.2026 - 18:50
Sabah hava necə olacaq?23.03.2026 - 18:46
Leyla Əliyevanın himayəsi ilə “FotoBax” adlı milli foto-müsabiqəyə start verilir23.03.2026 - 18:45
Uzun mətnlər yazanlarda bu xəstəlik ola bilər23.03.2026 - 18:41
Bu ölkədə “ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 18:40
Ştutqartdakı Azərbaycan Evində Novruz şənliyi23.03.2026 - 18:36
Yatmazdan əvvəl idman zərərlidir23.03.2026 - 18:35
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar23.03.2026 - 18:31
Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma23.03.2026 - 18:30
İranlılardan alınan 550 saat23.03.2026 - 18:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq23.03.2026 - 18:23
Dünyanın ən xoşbəxt ölkələri23.03.2026 - 18:20
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ23.03.2026 - 18:18
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU-da23.03.2026 - 18:14
Süni intellekt zəlzələsi – İlin əvvəlindən bu yana 45000 nəfər işsiz qaldı23.03.2026 - 18:10
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub23.03.2026 - 18:08
3 günün geomaqnit PROQNOZU23.03.2026 - 18:04
Rəqəmsal qocalma - smartfon və kompüterlər dərinin vəziyyətinə necə təsir edir?23.03.2026 - 18:00
Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verilir23.03.2026 - 17:55
Vəfat edən gənc GDU-nun məzunu olub23.03.2026 - 17:52
Putin azərbaycanlı alimi təltif edib23.03.2026 - 17:48
“ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 17:45
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir23.03.2026 - 17:44
5 dəqiqəlik yuxunun sağlamlığa faydası23.03.2026 - 17:41
Zehni fəaliyyət bu xəstəliyi ləngidir23.03.2026 - 17:40
Nobelçi alim vəfat edib23.03.2026 - 17:38
Kərə yağı xərçəngdən ölüm riskini artırır23.03.2026 - 17:38
Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb23.03.2026 - 17:35
Müharibəyə rəğmən Kiyevdə Novruz coşqusu yaşanıb23.03.2026 - 17:34
Yaz allergiyasından əziyyət çəkirsiniz?23.03.2026 - 17:30
Novruz adət-ənənələrinə xüsusi ehtiram23.03.2026 - 17:30
Hanoyda beynəlxalq Novruz şənliyi: Azərbaycan mədəniyyəti Vyetnamda tanıdılıb23.03.2026 - 17:28
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb23.03.2026 - 17:25
Novruz bayramı Strasburqda muğam konserti ilə qeyd olunub23.03.2026 - 17:24
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını açıqlayıb23.03.2026 - 17:18
IDEA İctimai Birliyi və "Reza Visual Academy" uşaqlar üçün "FotoBax" milli foto müsabiqəsinə start verirlər23.03.2026 - 17:15