Təhsil 365 - Logo Mobile

Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır

7223.03.2026 - 19:15
Ağdam Sənaye Parkı gənc kadrlar üçün yeni imkanlar açır

Bir vaxtlar dağıntıların səssizliyinə bürünən Ağdam bu gün yenidən dirçəlir. Genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığı bu torpaqlarda yeni həyat qurulur, gələcək inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində icra olunan layihələr regionun simasını sürətlə dəyişir. Bu dəyişikliyin əsas ünvanlarından biri də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan Ağdam Sənaye Parkıdır.

“Tehsil365" xəbər verir ki, 190 hektardan artıq ərazini əhatə edən sənaye zonasında artıq böyük istehsal prosesi formalaşıb. Rezidentlərinin sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan bu məkanda 30 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 149,67 milyon manat investisiya yatırılıb, 13 müəssisə fəaliyyətə başlayıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb.

Yaradılan sənaye müəssisələri təkcə iqtisadi dirçəlişə deyil, həm də gənclərin məşğulluğuna və peşəkar inkişafına yeni imkanlar açır. Sənaye Parkında çalışan gənclər öz gələcəklərini məhz burada qururlar.

Ağdam Sənaye Parkındakı digər müəssisələrdə olduğu kimi, “Eel Electric” MMC-də də gənc kadrlar üçün geniş imkanlar yaradılıb. İstehsalat rəisi Aslan Məmmədovun sözlərinə görə, 2024-cü ildən fəaliyyət göstərən müəssisədə müasir texnologiyalar tətbiq edilməklə müxtəlif gücə malik paylayıcı qurğular, eləcə də orta və aşağı gərginlikli elektrik avadanlıqları istehsal olunur. 70 nəfərə yaxın əməkdaşın çalışdığı zavodda əsas yük məhz gənc mütəxəssislərin üzərinə düşür. Onlar burada həm işləyir, həm də peşəkar bacarıqlarını inkişaf etdirirlər.

Gənclər üçün yaradılan bu mühit onların karyera yolunda da mühüm rol oynayır. Sumqayıt Dövlət Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan Tohid Əliyevin “Eel Electric” MMC-də qısa müddətdə qazandığı uğur bunun real nümunəsidir.

“Elektrik-montajçı köməkçisi kimi fəaliyyətə başlamışdım, işimdə uğur qazanıb irəli çəkildim və bundan da artıq uğur əldə etmək istəyirəm. Hazırda elektrik-montaj sex rəisi kimi fəaliyyət göstərirəm. Əsas işim elektrik montajçılara və elektrik montaj köməkçilərinə nəzarət etməkdir”, - deyən T.Əliyev işğaldan azad edilmiş torpaqlarda çalışmağın onun üçün xüsusi qürur mənbəyi olduğunu bildirir və gəncləri də bu bölgələrdə fəaliyyət göstərməyə çağırır.

Digər gənc mühəndis Elvin Məhizadə isə bu mühitin ona qazandırdığı imkanlardan danışır. Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavr və magistr təhsili alan gənc mütəxəssis hazırda konstruktor-mühəndis kimi çalışır. Zavodda layihə-sxemlərinin hazırlanması ilə məşğul olan Elvin bildirib ki, burada işləmək onun üçün həm peşəkar inkişaf, həm də gələcəyə atılan mühüm addımdır: “Layihə-sxemlərini kompüterdə müxtəlif proqramlarda işləyirik və istehsalata təqdim edirik. Burada işləməyin üstünlüyü onun perspektivli olmasıdır. Təhsilimi bitirən kimi belə bir iş imkanının olması mənim üçün böyük üstünlükdür. Eyni zamanda, yeni texnologiyaları, proqramları öyrənirəm. Bu da gələcəkdə daha böyük hədəflərə çatmağıma imkan yaradır”.

Bir sözlə, Ağdam Sənaye Parkında yaradılan şərait gənclərin həm məşğulluğuna, həm də peşəkar inkişafına real imkanlar açır. Regionun sənaye mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar gənc kadrların potensialı ilə vəhdət təşkil edərək Böyük Qayıdışın dayanıqlı və parlaq gələcəyinə möhkəm zəmin yaradır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Dünyanın sonu çox realdır: bəşəriyyətin yox olması üçün 5 ssenari23.03.2026 - 19:54
Sabah Azərbaycanda 23 dərəcə isti olacaq23.03.2026 - 19:44
Niyə ilk insanlar bugünkü kimi deyildi? - Alimlər cavab verdi23.03.2026 - 19:36
Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət edib23.03.2026 - 19:30
“Erkən yaşda telefon və planşet istifadəsi uşağın inkişafına necə təsir edir?” – Məktəbəqədər təhsil eksperti açıqladı23.03.2026 - 19:22
İranda hücumların acı nəticələri: 210 uşaq həyatını itirib, 1510-u yaralanıb23.03.2026 - 19:08
Şagirdlər 17 gün də evdə olacaq - SƏBƏB23.03.2026 - 19:04
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir23.03.2026 - 19:00
Sosial şəbəkələr və texnologiya tələbələrin diqqətinə və dərsə marağına necə təsir edir? 23.03.2026 - 18:56
Rusiyada bu müəllİflərin kitablarına xüsusi etiket vurulacaq23.03.2026 - 18:55
Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar23.03.2026 - 18:51
Azərbaycanda ən dəqiq vaxt buradadır23.03.2026 - 18:50
Sabah hava necə olacaq?23.03.2026 - 18:46
Leyla Əliyevanın himayəsi ilə “FotoBax” adlı milli foto-müsabiqəyə start verilir23.03.2026 - 18:45
Uzun mətnlər yazanlarda bu xəstəlik ola bilər23.03.2026 - 18:41
Bu ölkədə “ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 18:40
Ştutqartdakı Azərbaycan Evində Novruz şənliyi23.03.2026 - 18:36
Yatmazdan əvvəl idman zərərlidir23.03.2026 - 18:35
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar23.03.2026 - 18:31
Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma23.03.2026 - 18:30
İranlılardan alınan 550 saat23.03.2026 - 18:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq23.03.2026 - 18:23
Dünyanın ən xoşbəxt ölkələri23.03.2026 - 18:20
"iPhone" istifadəçiləri TƏHLÜKƏDƏ23.03.2026 - 18:18
Pekindən Gəncəyə media əməkdaşlığı: Sinxua nümayəndələri ADAU-da23.03.2026 - 18:14
Süni intellekt zəlzələsi – İlin əvvəlindən bu yana 45000 nəfər işsiz qaldı23.03.2026 - 18:10
Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olunub23.03.2026 - 18:08
3 günün geomaqnit PROQNOZU23.03.2026 - 18:04
Rəqəmsal qocalma - smartfon və kompüterlər dərinin vəziyyətinə necə təsir edir?23.03.2026 - 18:00
Azərbaycan startaplarının qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verilir23.03.2026 - 17:55
Vəfat edən gənc GDU-nun məzunu olub23.03.2026 - 17:52
Putin azərbaycanlı alimi təltif edib23.03.2026 - 17:48
“ChatGPT” və “Gemini" qadağan ediləcək23.03.2026 - 17:45
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir23.03.2026 - 17:44
5 dəqiqəlik yuxunun sağlamlığa faydası23.03.2026 - 17:41
Zehni fəaliyyət bu xəstəliyi ləngidir23.03.2026 - 17:40
Kərə yağı xərçəngdən ölüm riskini artırır23.03.2026 - 17:38
Nobelçi alim vəfat edib23.03.2026 - 17:38
Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb23.03.2026 - 17:35
Müharibəyə rəğmən Kiyevdə Novruz coşqusu yaşanıb23.03.2026 - 17:34
Yaz allergiyasından əziyyət çəkirsiniz?23.03.2026 - 17:30
Novruz adət-ənənələrinə xüsusi ehtiram23.03.2026 - 17:30
Hanoyda beynəlxalq Novruz şənliyi: Azərbaycan mədəniyyəti Vyetnamda tanıdılıb23.03.2026 - 17:28
Türkiyədə tanınmış prodüser Erol Köse binadan yıxılaraq ölüb23.03.2026 - 17:25
Novruz bayramı Strasburqda muğam konserti ilə qeyd olunub23.03.2026 - 17:24
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını açıqlayıb23.03.2026 - 17:18
IDEA İctimai Birliyi və "Reza Visual Academy" uşaqlar üçün "FotoBax" milli foto müsabiqəsinə start verirlər23.03.2026 - 17:15